25 May 2020, Bazar ertəsi

Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali və orta ixtisas təhsil pillələri üzrə “Microsoft Teams” platformasından ödənişsiz istifadə imkanı yaradılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, platformadan istifadə üzrə müəllim və tələbələr üçün video-təlimatlar hazırlanaraq video dərslər (video.edu.az) portalında yerləşdirilib. 

 Təhsil müəssisələri sözügedən platforma vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-tələbə müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə kimi müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana bilərlər.

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR