25 May 2020, Bazar ertəsi

Mövcud vəziyyətlə bağlı həyatımızın bütün sahələrində yaşanan durğunluq cəmiyyətləri, insanlığı, insan səbrini sınağa çəkməkdədir.Hazırda gərgin günlər yaşadığımız izolyasiya şəraitində istər məişətimiz­də, sosial hə­ya­tı­mızda, istərsə dətəhsil sahəsində təlim texnologiyaları sayəsində mə­safədən bütün işlərimizi həll etmək məcburiyyəti – distant təhsili də zərurətə çevirmişdir. 2017-ci ildə müdafiə etdiyim dok­torluq dis­ser­tasiyasına hazırlıq və araşdırma apardığım illərdə İKT-nin təhsil sahəsinə yeni nə­fəs gətirdiyi qənqətinə gəldim. Apardığım müşahidə, eksperiment dərsləri və dünya təcrübə­si­nə əsaslanaraq müzakirə və seminarlarda texnologiyaların təhsilə gətirdiyi və gətirə biləcəyi im­kan­ları israrla vurğulamış, müxtəlif tövsiyə və təkliflərlə çıxış etmişdim: “.....müzakirə ediləcək məsələləri ilkin olaraq aşa­ğıdakı kimi mü­əy­­­­yən­ləşdirmək istərdik: onlayn təhsil, distant təhsil, elektron dərsliklər, multime­dia proqramları, tədri­s­də is­ti­fa­də edilməsi sə­mərəli hesab edilən müx­tə­lif proq­ram­lar.

Bəzən ali və orta mək­təb müəl­lim­lə­rindən bəziləri su­al edir­lər: əv­­vəl­­lər İKT, internet, multimedia yoxdu, bio­lo­giya elmi öyrə­dil­mir­di­mi? Bir söz­lə, elek­tron təh­­­­­sil resursları elmlərin öyrədilməsində zəru­ri­dir­mi? Müəl­lim­lərinin bu haq­da fi­kir­ləri müxtəlif olmuşdu. Onlardan bəziləri bu məsələyə öz nöq­­te­­­yi-nəzərindən ya­­naş­­mış, bə­zən obyektiv, bəzən də subyektiv mövqedə dayanmışlar..... Elek­tron Təh­sil Re­surs­­la­rı – tədris məzmunlu elektron for­madır və onları səs­lən­dir­mək üçün müx­­­­tə­lif elek­tron mexanizm­lər­dən istifadə edilir. Elektron resursların müxtəlif isti­fa­də formaları keçi­­lə­cək materialın həm mətn variantını, həm eyni zamanda mətn və diaqram, şəkil, cəd­­­­vəl şək­lin­də, həm də multimedialı təqdimat kimi, illüstra­si­ya­lar, səsli, tərki­bin­­­də video, animasiya, au­di­o, məzmun və interaktiv üsullardan is­ti­fadəsinə imkan yaradır.” – bu fikirləri söylədiyim və mü­da­fiəsində durduğum zamanlarda ağlımıza da gəlməzdi ki, hazırkı vəziyyəti yaşayacaq, texno­lo­gi­yalardan, distant təhsildən asılı qalacaq, hətta yeganə ünsiyyət vasitəsi kimi onlayn, virtual fəa­liy­yət göstərəcəyik.

       Hazırda dünya təcrübəsində öz səmərəsini çoxdan təsdiqləyən onlayn, ofline, dis­tant, virtual təhsil formaları artıq günümüzün həqiqətinə çevrilmişdir. Naxçıvan Dövlət Univer­si­te­­­ti hər zaman bu sahədə müxtəlif dünya ölkələrinin təcrübəsini öyrənmiş və tət­biq etmişdir. 2014-cü ildə kiçik bir heyətlə Cənu­bi Koreyanın KOİCA şirkətinin layihəsi ilə Se­ul şəhərində treyninqlərdə iştirak et­mişik.Mühazirələrdən brində prof. Kim Nam Young bildirdi ki, «Kore­ya­nın dövlət və təh­sil sa­həsindəki təcrübələri hər zaman dünya ölkələrini daha çox cəlb etmişdir. Ko­reyada ofli­ne, onlayn dərslərin ke­­çirildiyi qarışıq tipli uni­versitetlər də var. Yal­nız onlayn dərs­­lər verən Busan Cyber Univer­si­te­ti də fəaliyyət göstə­rir». Pro­fes­sorun fikrin­cə: «ofline universitetdən onlayn universitetinə keçmək üçün kuri­ku­lum və «Mü­əl­­­lim Öyrətmə Mərkəzləri (CTL) böyük əhəmiyyət daşıyır. Professor öz təcrübələrinə əsaslanaraq belə bir təkliflə çıxış edirdi: On­layn­da mü­ha­zirə din­ləyib ayda bir dəfə oflayn mühazirədə iştirak etmək daha sə­mə­rəlidir və 3 on­layn mühazirədən sonra 1 ofline mühazirə deyilməsi məq­­sə­dəuy­ğun­dur. Bu zaman tələbə­lər öyrəndiklərini auditoriya və müəllimlə pay­­laşır və fi­kir mü­ba­di­ləsi etmək imkanı qazanır. İstər onlayn, istərsə də ofline təd­risdə İKT müt­ləq işlədilməli, dərs zamanı dinləyicilərin da­rıx­maması üçün müəl­lim bəzən jestlər edə, qeyri-adi məlumat­lar­la auditoriyanı can­­landırmağı ba­­­car­ma­lı­dır. Bundan başqa, onlayn universi­tet­lə­ri bitirənlərin qı­sa­­müddətli of­layn kurslar keçməsi də məqsədəuyğundur» (prof. Kim Nam Young). 

Son illər bütün dünyada yeni təlim texnologiyalarının (YTT)  tədrisə tətbiqi – distant təh­sil ge­­­niş yayıl­mış və təd­ri­sin əsas tərkib hissəsinə çevrilmişdi. De­yil­diyi kimi: heç bir texnika in­sa­­nı, xüsu­si­lə müəllimi əvəz edə bilməz. Sə­riş­tə­li müəllim isə biliklərin çatdırıl­ma­sında yeni tex­­­ni­ki vasitələrdən istifadə ilə gənc nəslin maraqlarını daha çox cəlb edən, öyrə­ni­ləcək materialı daha əha­təli şəkildə təqdim edəndir. Ye­­ni təlim tex­no­­­lo­giyaları və interaktiv təlim metodlarının kö­­mə­yi ilə təd­ri­sin keyfiy­yə­ti­nin yüksəl­dil­mə­­si, öyrənən-öyrədən münasibət­in­dəki yeni ya­naş­ma, müs­­­­tə­qil biliklərə çatmaq imkanının işlənib hazırlanma­sına zə­ru­ri ehtiyac yaranmışdır. Bio­lo­gi­­ya canlılardan bəhs etdiyi üçün öyrə­nən­­lərin bu el­min sirlərinə də­rin­dən yi­yə­­lənməsi, tənqidi tə­­fəkkürə, ya­ra­dı­cı qabi­liy­yətə malik ol­ması üçün texnologiyaların, interaktiv me­tod­ların təd­risin təş­ki­lin­­də yeri və pers­pek­tiv­lə­ri danılmazdır.

Koronovirus pandemiyasının yayıldığı son aylarda bütün sahələr kimi təhsil sahəsinin də if­lic vəziyyətə düşməsi səbəbindənali və orta məktəb müəllimləri əlimizdə olan imkanlardan istifadə edərək distant tədrisin təş­ki­li­nə həvəslə qoşulmuşlar.İnanıram ki, bütün həmkarlarımız hər dəfə Zoom proqramını açdıqda öz­­lərini sinfə girirmiş kimi hiss edir, həyacan keçirirlər. Hər dəfə onlayn dərsimizi tezliklə canlı auditoriyalarda görüşmək arzusu ilə bitiririk. Və vurğulamağı özümüzə borc bilirik ki, evdə qalmaqla hər birimiz özümüzü və ətrafdakıları qorumağa borcluyuq. 

Doktorluq dissertasiyasında aşağıdakı məsələləri təkidlə nəzərə çapdırarkən bəlkə də bəziləri ciddi hesab etməmişdi. Mühafizəkar yanaşanlar isə ənənəvi qayda tərəfdarı olduqlarını qürurla önə çəkirdilər. Lakin mən buğunkü vəziyyəti deyil, təhsil sahəsində baş verə biləcək verimli nəticələri düşünmüşdüm: “Qa­baq­­­lar müa­sir dərs­lər­də başlı­ca tex­niki tə­lim vasitəsi ro­lunu kom­pü­­ter və digər kom­­mu­nikasiya vasitələri oyna­yırdısa, indi təhsilin idarə olunmasında elə smart löv­hələr, sineviz­yon de­yi­lən digər vasitələr və s. meydana gəlmişdir ki, mul­ti­me­dia­dan istifadə et­mək­­­lə yük­­­sək əya­nilik səviyyə­si­nə malik olmaq, şagirdlərin fəa­liy­yə­­ti­ni geniş­lən­dirmək daha asan və cəzbedici olmuşdur. Məqsəd öyrənənləri biliklərin saxlandığı papka formatından çıxarıb sabahın cəmiyyət qurucularına çevrilməsinə nail olmaqdır. İnter­net­­dən istifadə isə biliklərin öyrənil­mə­sin­də əla­və informasiya mən­bəyi rolunu ye­­tə­rin­cə oynayır. İn­ternetdən isti­fadə ənə­nə­vi tə­lim forma­la­rı­nın qey­ri-ənənəvi, fərq­­li for­ma­lar­­da təqdimatına imkan ya­­radır. Yeni təlim tex­no­lo­giyalarının sürətli in­­ki­şa­fı, hər gün təhsil məkanına inteqrasiyası göstərir ki, yaxın gələcəkdə res­­pub­­li­ka­­mızda təh­si­lin tamamilə elektron formatdan istifadəyə keçə­cəyi, vir­tu­al, on­layn dərslər for­masında təqdim ediləcəyi qaçılmazdır. Bu da yeni təlim tex­­­no­­lo­gi­ya­larının fən­lərin tədrisində nə qədər əhəmiyyətli yer tutdu­ğu­nu, hət­ta əvəz­edil­məz ol­du­ğu­nu, yeri və həcmini müəy­yən­ləşdirməyə şərait yaradır.Bu il­dən NDU-da Elektron Universitet qurul­du­ğundan video kontent­lə­­ri­mi­zi yaz­­dırıb sistemdə yerləşdirərək tələbələrin ixtiyarına vermişik.Onlayn dərslərdən fərqli ola­raq video mühazirələrdə verilən məlu­mat­la­r ye­tə­rincə aydın olmalı, izah olun­ma­yan, az izah olunan istiqamətləri öy­rə­nə bilə­cək­ləri mənbə tələbələrə göstəril­mə­li, nümayiş xa­i­ri­nə mücərrəd fikirlər söylən­ilmə­mə­lidir. Çün­ki onlayn dərslərdə öyrənən-öy­rə­dən qarşılıqlı əla­qə­si vardır və tələbə qeyri-müəyyən vəziyyətdə müəllimin kö­mə­yindən istifadə edə bilir. Yaxın gələ­cək­­­də res­pub­li­­kamızda da tex­nikanın təhsili, universitetlərin bütün fəaliyyət sa­hə­sini ida­rə edə­cə­yi­ qaçılmazdır.Orta və ali mək­təblərdə İKT-nin tətbiqinə ve­ri­lən tə­ləb­lər qar­şı­mız­da həl­li­ni göz­­lə­yən məsələlərdəndir” – proqnozunu vermişdik.

Artıq onlayn formatda simpoziumlar, forum­lar, konqreslər keçiril­mək­lə, tədris pro­sesinin key­fiy­yətini yüksəldən metod və vasitələrin (təlim proqramları, tədris vasitələri və s.) keyfiy­yət­cə yeni formatda təqdimi probleminin həlli qaçılmaz olmuşdur. Çünki in­formasi­ya tex­no­logiyalarının təhsil sisteminə inteqrasiyası ilə formalaşan təlim texno­lo­gi­­yaları sürətlə inkişaf edərək yeni perspektivlər açmaqdadır. SMART təhsil isti­qa­mə­ti çərçivəsində müx­­təlif məsə­lə­lə­rin qal­dırıl­ma­sı: kütləvi açıq onlayn kurslar; interaktiv elektron dərs­lik­lər; vir­tu­­al kurslar; gənc­lə­rin inkişafı üçün rəqəmsal dünya və s. fəaliyyətlər artıq aktuallıq kəsb etməklə tədrisin ana xət­ti­ni təşkil etməkdədir.Təlim texnolo­gi­yası hər zaman “öyrətmə baca­rı­ğı – təcrü­bə­si” kimi fəaliy­yət göstərmişdir. Və ya texnolo­giya xüsusi sahələrdə bi­liklər sis­te­mi­nin tətbiqi nəticə­sin­də xüsusi me­­tod­­lardan istifadə edərək tapşırığı yerinə yetir­mək tərzidir. Təh­si­lin səmə­rə­li­li­yi və keyfiyyəti tədris prosesində pedaqoji tex­no­lo­­giyaların isti­fa­­də­sin­dən çox ası­lıdır. Pedaqoji texnologiya təhsilin məz­mu­nu kon­teks­tin­də belə ba­şa düşülür: tə­lim texnologi­ya­la­rı öyrənilən fənlərə aid ge­niş mə­lu­mat­la­rı əldə et­mə­yə imkan verir, yüksək sə­viy­yəli təfəkkürü, əməkdaşlığı və prob­lem­lərin həllini tə­min edir. Hazırda isə internet tex­no­lo­gi­yası, Zoom, Loom və s. proqramlar yeganə ünsiyyət vasitəsi kimi cəmiyyətlərin və fərdlərin hə­ya­tında, eləcə də təh­sil sahəsinin canlandırılmasında canqurtaran rolu oynamaqdadır. Son günlər məlum vəziyyətlə əlaqədar təhsil sistemində baş verən durğunluğu aradan qaldırmaq üçün onlayn dərslərin keçirilməsi və videodərslərin nümayişi təhsil sahəsində canlanmaya səbəb olmuşdur.

Təlim texnologiyası təhsilin hər pilləsi üzrə onun məqsədinin keyfiyyətli ye­ri­nə yetirilmə­si­ni təmin etmək üçün istifadə olu­nan sis­te­mdir. Pedaqoji texnologiya mahiyyət etibarı ilə təlim-tərbiyə prosesinin lahiyə­lən­dirilməsinin sistemli meto­du kimi fəaliyyət göstərməkdədir. Bəzi metodistlərə gö­rə pedaqoji texno­lo­gi­ya tə­lim­də əldə olun­muş yüksək nəticə­lə­rin planlaşdırıl­ma­­sı prosesidir. “Fik­ri­miz­cə, pedaqoji texnolo­gi­ya - öyrə­nən­­lə­rin yeni bilik, bacarıq qazanması yo­lun­da tədris prosesində istifadə olu­nan, təhsil sa­həsini idarə edən, daim ye­ni­lə­şən va­si­tədir. Bu vasitələr müasir texnoloji inkişaf nə­ticəsində ildən-ilə daha da tək­mil­lə­şir, xüsusilə biologiyanın tədrisində əyaniliyə geniş imkanlar açır” – demişdik bir neçə il əvvəl.

Gəl gör ki, hazırda koronovirus problemi artıq bütün dünyada insanı texnologiyaların in­sa­fına möhtac etmişdir. Lakin bu pandemiyanın güman edildiyi kimi bioloji silah da olsa, çinlilərin bitib-tükənməyən iştahlarının bədəli də olsa cəmiyyətlərin, az qala bütün dünyanın hə­ya­tını iflic etməsinin qarşısı insan ağlının yaratdığı yenə də bir texologiyanın köməkliyi ilə alı­na­caq­dır.

Üzərimizə düşən vəzifələr:

#evdeqalbizimləqal

#evdeqaltəhsilsizqalma

#evdəqalsağlamqalətrafınıqoru

#evdəqalailəniqoruhəyatqurtar

#evdəqaltəhsilqazansəviyyəniartır

#evdəqalkitaboxucəmiyyətiqoru 

                             Zərövşən Babayeva

Naxçıvan Dövlət Universitetinin

                                                            Zoologiya kafedrasının dosenti,

                  pedaqogika üzrə elmlər doktoru

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR