04 İyun 2020, Cümə axşamı

Naxçıvan Dövlət Universitetində yüksək maddi-texniki baza ilə zəngin laboratoriyaların bugünlərdə belə işlək hala gətirilməsi tələbələrə yaradılan şəraitdən maksimum istifadə etmək imkanı yaradır.                                                   

Ali təhsil ocağında ilk laborator məşğələ Memarlıq və mühəndislik fakültəsinin “Dəmiryol stansiya və qovşaqlarının avtomatik idarə edilməsi”  laboratoriyasında keçirilib. Nəqliyyat və informasiya texnologiyaları kafedrasının müəllimi Yadulla Həziyevin “Dəmiryol nəqliyyatı və tikintisi mühəndisliyi” ixtisası tələbələrinə keçdiyi onlayn məşğələdə yol, rabitə və işarevermə sahələrinin tikili və qurğuları, stansiya yolları,150 tonluq vaqon tərəzilərində boş və dolu vaqonların çəkilməsi, svetoforlarin təyinatı və təsnifatı, çeşidləmə qurğuları, qatarların tərtibat məsələləri, dəmiryol keçidlərinin iş prinsipi, qatarların qəbulu və göndərmə qaydalarına nəzər salınıb.

Dərsə Naxçıvan Dəmir yolları Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları da qoşulub. Qarşılıqlı fikir mübadiləsi şəklində aparılan dərsdə tələbələrin sualları cavablandırılıb. Suallar cavablandırılarkən qatarların təsnifatı və avtobloklama mövzularına aydınlıq gətirilib. 

Qeyd edək ki, dərslərin laboratoriyada onlayn təşkili tələbələrin mövcud durumda belə təcrübi dərslərdən geri qalmamaları üçün təşkil edilir. Məlumat üçün onu da bildirək ki, laboratoriyada yük stansiyaları, material anbarları, texniki xidmət sahələri, çeşidləmə stansiyaları, dartı lokomativi, sərnişin vağzalı binası, dalan yolları və svetoforlar da yerləşir.

 

Səadət Əliyeva

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR