01 İyun 2020, Bazar ertəsi

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitunun baş elmi işçisi, texnika elmləri doktoru Fərhad Paşayev onlayn elmi-nəzəri seminar keçib.  “Siqnal analizi texnologiyalarının inkişafı və bəzi tətbiqləri” mövzusunda olan seminarda Memarlıq və mühəndislik fakültəsinin, Fizika- riyaziyyat fakültəsinin isə Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə müəllim və tələbələri olmaqla, ümumilikdə, 120 nəfər iştirak edib.

 Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, artıq belə seminar və məşğələlərin keçirilməsi universitetdə ənənə halını alıb. Vurğulanıb ki, tələbələrlə birgə müəllimlərin də seminarlardan təcrübi cəhətdən faydalanması onun əhəmiyyətini artırır.

Fakültənin dekanı, professor Cavanşir Zeynalov bildirib ki, informasiyanın daşıyıcısı olan siqnallar informasiyanın və göstəricilərin əldə edilməsi məqsədilə aparılır. Siqnalların rəqəmli emalı XVII – XVIII yüzilliklərin riyaziyatına əsaslanır, hazırda elm və texnikanın müxtəlif sahələrində geniş istifadə olunur. Diqqətə çatdırılıb ki, Amerika alimi, həmyerlimiz LütfiZadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi və neyron şəbəkələrinin inkişafı baxılan sahəyə yeni təkan verib.                                                                                                                                

Texnika elmləri doktoru Fərhad Paşayev qeyd edib ki, hazırda siqnalların rəqəmli emalı radiotexnikada, telekommunikasiyada, idarəetmə sistemlərində, audiotexnikada, televiziya yayımlarında geniş istifadə olunur. Siqnalların təsnifatı-analoq və diskret siqnallar haqqında məlumat verilib. Siqnallar nəzəriyyəsi, siqnallların enerjisi və gücü, siqnalların modulyasiya və demodulyasiya metodları, dövri siqnallara tətbiq olunan furye sırası ətraflı şərh edilib. Sonda müəllim və tələbələrin sualları cavablandırıb.

Səadət Əliyeva

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR