20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Turist-Diyarşünaslıq və Ekoloji Tərbiyə mərkəzləri üçün yeni bina istifadəyə verilmişdir.
Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov binada yaradılan şəraitlə tanış olmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov bildirmişdir ki, bu il oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında təhsilin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə muxtar respublikada təhsilin inkişafı ilə bağlı məsələlər müzakirə olunmuş, Ali Məclisin Sədri tərəfindən məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, onların maddi-texniki bazasının gücləndirilməsi və normal iş şəraitinin yaradılması barədə konkret tapşırıqlar verilmişdir. Bu gün istifadəyə verilən bina da müşavirədə verilən tapşırıqların icrası istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Əsaslı şəkildə yenidən qurulan binada muxtar respublikanın iki böyük mək­təbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərəcəkdir.
Qeyd olunmuşdur ki, yenidən qurulan bina muxtar respublika Ali Məclisi Sədrinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində muxtar respublikanın təhsil ictimaiyyətinə layiqli töhfəsidir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev demişdir ki, uşaqların dünyagörüşlərinin formalaşmasında, intellektual səviyyələrinin inkişafında məktəbdənkənar tədris müəssisələrinin mühüm rolu vardır. Ona görə də muxtar respublikamızda təhsil quruculuğu istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Yaradılan şərait məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına imkan verəcəkdir.
Turist-Diyarşünaslıq Mərkəzinin direktoru Aslan Seyidov və Ekoloji Tərbiyə Mərkəzinin direktoru Bahadur Fərəcov yaradılan şəraitə, göstərilən yüksək dövlət qayğısına görə kollektiv adından muxtar respublika Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.
Baxış zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov bildirmişdir ki, binanın əsaslı şəkildə yenidən qurulmasına Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən 2012-ci ilin noyabr ayında başlanılmışdır. Qısa zamanda yenidən qurulan bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada lazımi şərait yaradılmış, 20 iş otağı, qazanxana və anbarlar istifadəyə verilmişdir.
Binanın birinci mərtəbəsində Turist-Diyarşünaslıq Mərkəzi fəaliyyət göstərəcəkdir. Baxış zamanı bildirilmişdir ki, mərkəzin nəzdində fəaliyyət göstərən ədəbiyyat, tarix, coğrafiya kabinələri və muzey üçün ayrıca otaqlar ayrılmış, yüksək iş şəraiti yaradılmışdır. Hazırda mərkəzdə 12 dərnək və 100 qrup fəaliyyət göstərir. Mərkəzdə aparılan işlərin əsas məqsədi tariximizi, milli dəyərlərimizi, mədəniyyət, ədəbiyyat və incəsənətimizi şagirdlərə öyrətmək, gənc nəsildə Vətənə məhəbbət hissi aşılamaqdır.
Ekoloji Tərbiyə Mərkəzi binanın ikinci mərtəbəsində yerləşir. Burada faunanın ekologiyası, əhali və ətraf mühit, floranın ekologiyası, kənd təsərrüfatı və ekologiya kabinələri, kompyuter və sərgi otaqları vardır. Bildirilmişdir ki, uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, əməli bacarıq və vərdişlərə yiyələnməsi, onların mənəvi və intellektual inkişafı, potensial yaradıcılıq istedadlarının aşkara çıxarılması Ekoloji Tərbiyə Mərkəzinin əsas vəzifələrindəndir. Mərkəz məktəblilərin asudə vaxtlarının səmərəli təşkilini, onların təbiətsevərlik, təbii sərvətlərə qayğı və vətənpərvərlik ruhunda tərbiyəsini diqqət mərkəzində saxlayır, ekskursiya və ekspedisiyaların təşkilini həyata keçirir.
Binanın həyətində də abad­- lıq işləri aparılmış, asfalt örtük salınmışdır.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3041784
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3210
5384
19016
93115
3041784

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter