22 Sentyabr 2020, Çərşənbə axşamı

“Naxçıvan” Universitetinin Elmi kitabxanasında müasir  Azərbaycan Respublikasının memarı və qurucusu ümummilli lider Hеydər Əliyеvin anadan olmasının 97 illiyi münasibətilə sərgi açılıb.

“Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət” adlı sərgidə ulu öndər Heydər Əliyevin şərəfli həyat yolunun və siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən kitablar nümayiş olunur. Burada “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Heydər Əliyev siyasəti: tariximizdə və günümüzdə”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, “Siyasətdə Naxçıvan dərsləri”, “Zamanı qabaqlayan dahi”, "Heydər Əliyev və Naxçıvan tarixi məsələləri”, “Heydər Əliyev: müstəqilliyimiz əbədidir”, “Qayıdış”, “Heydər Əliyev ideyaları işığında”, “İnkişaf və tərəqqinin Heydər Əliyev modeli” və digər kitablar sərgilənir.

 

Seyfur Hacımuradov

 

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR