30 May 2020, Şənbə

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri üçün “Azərbaycan təsviri sənəti qədimlərdən bu günə” mövzusunda onlayn seminar keçib.

 Fakültənin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov seminarı giriş sözü ilə açaraq qeyd edib ki, Naxçıvanda professional rəssamlıq sənəti XX əsrin əvvəllərində yaransa da, bu sənətin köklərinin Gəmiqaya rəsmlərinə (eramızdan əvvəl VII-I minilliklər) qədər getdiyi qəbul edilməkdədir. Naxçıvanda professional rəssamlığın təşəkkülünün Bəhruz Kəngərlinin adı ilə bağlı olduğunu bildirən Əməkdar rəssam vurğulayıb ki, realist Azərbaycan rəssamlığının banisi Bəhruz Kəngərlinin əsərlərində dövrün koloriti, öncül mövzuları əksini tapıb. Onun yaradıcılığında mənzərə və portret janrları üstünlük təşkil edir.

Professor Ziyadxan Əliyev seminarda Azərbaycanın qədim incəsənət nümunələri sayılan, əcdadlarımızın yaratdığı bəşəriyyətin ən qədim insan məskənlərindən biri olduğunu sübut edən Qobustan qayaüstü rəsmləri, Gəmiqaya petroqlifləri haqqında danışıb, görkəm­li rəssamların əsərlərini geniş təhlil edib.

Sonda müəllim və tələbələrin suallarına aydınlıq gətirilib.

Səadət ƏLİYEVA

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR