03 İyun 2020, Çərşənbə

Naxçıvan Müəllimlər İnstitutunda 2020-2021-ci tədris ili üçün tələbə qəbulu planı yerləri artırılaraq bakalavr səviyyəsində 430-a, magistratura səviyyəsində 50-yə çatdırılıb.

 Bakalavr səviyyəsində kadr hazırlığı aparılan Biologiya müəllimliyi, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təhsil, Riyaziyyat və informatika müəllimliyi, Tarix müəllimliyi, Təhsildə sosial psixoloji xidmət, Təsviri incəsənət müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili), Kitabxanaçılıq və informasiya fəaliyyəti, Psixologiya ixtisasları ilə yanaşı, qəbul planına yeni ixtisaslar daxil edilib. Bu ildən institutda Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Fizika müəllimliyi, İnformatika müəllimliyi, Musiqi müəllimliyi və Texnologiya müəllimliyi ixtisasları üzrə də qəbul aparılacaq. Bu il abituriyentlər Kitabxanaçılıq və informasiya fəaliyyəti və Psixologiya ixtisaslarında qiyabi şöbə üzrə də seçim edə biləcəklər.

Magistratura səviyyəsində qəbul aparılan Təhsildə sosial psixoloji xidmət, Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşmaları ilə yanaşı, bu ildən Riyaziyyatın tədrisi metodikası və metodologiyası, Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisaslaşmaları da qəbul planına əlavə edilib.

Qeyd edək ki, yüksəkixtisaslı kadr hazırlığı aparmaq üçün Naxçıvan Müəllimlər İnstitutu kifayət qədər maddi-texniki baza və kadr potensialına malikdir.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR