22 Sentyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsində 18 may Muzeylər gününə həsr edilmiş onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov qeyd edib ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd edilir. Vurğulanıb ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri Məmməd Əliyev diqqətə çatdırıb ki, ilk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də “İstiqlal” muzeyi fəaliyyətə başlayıb. Vurğulanıb ki, Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər sübut edir.

Kafedranın müəllimləri öz çıxışlarında qeyd ediblər ki, qədim diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muzeylərimiz müasir tələblər əsasında yenidən qurulub, bu sahədə mühüm işlər həyata keçirilib. Muxtar respublikanın bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri açılıb, görkəmli şəxsiyyətlərin ev və xatirə muzeyləri yaradılıb. Hazırda muxtar respublikada 30 muzey fəaliyyət.

Sonda kafedranın müəllimi Zemfira Seyidovanın muzeylərlə bağlı hazırladığı videoçarxa baxış olub.

Səadət ƏLİYEVA

NDU-nun Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

 

 

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR