20 Sentyabr 2020, Bazar

Naxçıvan Dövlət Universitetində 2019-2020-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş onlayn elmi konfrans keçirilib.
İclası universitetin rektoru Elbrus İsayev açaraq TEC-i gələcəyin magistrlərinin, elmi tədqiqatçılarının yetişməsində, tələbələrin elmi fəal­lığı və dünyagörüşünün artırılmasında mühüm rol oynayan bir cəmiyyət kimi səciyyələndirib.

Vurğulanıb ki, düzgün qiymətləndirilən ən yaxşı TEC işi kütləvi informasiya vasitələrində və universitetin “Elmi əsərlər” jurnalında dərc olunmaq üçün göndərilməlidir.
“2019-2020-ci tədris ili üçün TEC-in yekun hesabatı və qarşıda duran vəzifələr haqqında” məruzə edən universitet TEC-in sədri, Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə V kurs tələbəsi, Prezident təqaüdçüsü Bətulə Əlizadə bildirib ki, TEC-in başlıca vəzifəsi tələbələrdə elmə olan marağı düzgün istiqamətləndirmək və inkişaf etdirməkdən ibarətdir.
Vurğulanıb ki, hər zaman olduğu kimi, cari tədris ilində də təşkilatın iş planının tərtib olunması və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi məsələlərin həllinə baxılıb, fakültələr üzrə cəmiyyətin sədrləri tələbələrlə xüsusi iş aparıb. Qeyd edilib ki, TEC xətti ilə 366 tələbə elmi-tədqiqat işi yazıb.
Tibbi profilaktika ixtisası üzrə IV kurs tələbəsi Sürəyya Pərvəreşin, Dünya iqtisadiyyatı ixtisası üzrə II kurs tələbəsi Səma Bayramovanın, Energetika ixtisası üzrə III kurs tələbəsi Arif Qurbanovun çıxışları dinlənilib.
Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalovun elmi rəhbəri olduğu “Kompüter rəqəm idarə etməsi” mövzusunda elmi-tədqiqat işi təcrübi əhəmiyyətilə xüsusilə seçilib.
Konfrans 10 bölmə üzrə işini davam etdirib.

Səadət ƏLİYEVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR