04 İyun 2020, Cümə axşamı

 

 

 

20 may 2020-ci ildə Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Kitab Klubu instagram sosial şəbəkəsinin canlı yayımında tələbələrin və oxucuların Naxçıvanlı alim və yazar, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova ilə görüşünü təşkil edib. İlk öncə tədbiri özü və yaradıcılığı haqda məlumat verməklə başlayan Leyla Səfərova “Sehrli aləm olan kitab bir yazarın gözündə” mövzusunda təlim keçib. Təlimdə kitabların insan həyatında mühüm əhəmiyyəti, mütaliənin insanın fikir, düşüncə, məntiq, dünyagörüşünün inkişafında, həmçinin şəxsiyyətinin formalaşmasıda rolu vurğulanmış, məşhur Azərbaycanlı və dünya ədiblərinin kitabla bağlı sitatlarından nümunələr gətirilmişdir. Bir saatdan artıq davam edən təlimdə ADU TEC-nin üzvləri kitaba, mütaliəyə təlimçinin baxışları ilə bağlı sualları ilə yanaşı, ədəbiyyatımızın bugünkü vəziyyəti, yazıçıların əsərlərində qoyulan mövzulara münasibəti və eləcə də, çağdaş Azərbaycan yazıçılarının toxunmalı olduğu mövzular ətrafında maraqlı suallarını ünvanlayıblar. Bu suallarla bərabər, yazıçı canlı yayıma qoşulan tələbələrin və oxucuların da suallarını cavablandırıb.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR