03 İyul 2020, Cümə

Naxçıvan Dövlət Universiteti Konservatoriyasında 28 May Respublika Gününə həsr edilmiş onlayn konsert təşkil edilib. Xalq çalğı alətləri kafedrasının müəllimi Polad Vəlinin ifasında solo konsert universitetin facebook sosial şəbəkəsi üzərindən canlı yayımlanıb.

 Solo konserti tarda Prezident mükafatçısı Sərxan Abdullayev, sintezatorda Zaur Əhmədov, nağarada Munis Əlisoy, qoşa nağarada Camal Məmmədov müşayiət edib. Konsertdə Azərbaycan xalq mahnıları, milli musiqilərdən kompozisiyalar səsləndirilib.

Sonda sözləri Zivər Ağayevaya, musiqisi Rauf Məmmədova məxsus “Yaşa mənim xalqım” mahnısı ifa edilib.

Səadət Əliyeva

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR