03 İyul 2020, Cümə

“Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının təşkilatçılığı ilə  “Azərbaycan və  Türkiyə iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn elmi konfrans keçirilib.

 Onlayn konfransı giriş sözü ilə İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə açaraq konfransın keçirilməsinin əhəmiyyətindən danışıb.Bildirib ki,  xarici iqtisadi əlaqələrin  yaradılmasında Azərbaycanın potensial partnyorlarından biri kimi qardaş Türkiyə Respublikası çıxış edir. İki ölkə arasındakı əlaqələrin araşdırılması zamanı aydın oldu ki, müasir dövrdə Türkiyə ilə Azərbaycan arasında  əməkdaşlıq iqtisadiyyatın bir çox sahələrində inkişaf edir. Lakin son vaxtlar Azərbaycan  və Türkiyə  arasında iqtisadi  əməkdaşlıq xüsusən xarici ticarət və investisiya qoyuluşu istiqamətlərində daha çox inkişaf edir.

Daha sonra  universitetin İdarəetmə kafedrasının müdiri İradə Bağırovanın  “Azərbaycanın region  dövlətləri ilə iqtisadi əlaqələri”, kafedranının müəllimi  Mədinə Allahverdiyevanın  “Azərbaycan və Türkiyə iqtisadi əlaqələrində gələcək perspektivləri” və İdarəetmə fakültəsinin “Maliyyə nəzarəti və audit” ixtisasında təhsil alan I kurs tələbəsi Gültəkin Əhmədovanın “ Azərbaycan və Türkiyə iqtisadi əlaqələrində TANAP layihəsinin rolu” mövzusunda çıxışları dinlənilib.

Bildirilib ki, Türkiyənin  Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir. Qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

Seyfur Hacımuradov

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR