13 Avqust 2020, Cümə axşamı

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti onlayn iclası keçirilib.

Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən  Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik Naxçıvan Muxtar Respublikası ərazisində “İlandağ” geoparkının yaradılması haqqında da məlumat verib. Bildirib ki, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət “İlandağ” geoparkı ilə bağlı İşçi qrupu yaradılıb. Bu il İşçi qrupunun gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Daha sonra bölmə sədri “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin nəşri ilə bağlı AMEA Rəyasət Heyətinin 2020-ci il 8 may tarixli qərarını xatırladıb. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin baş redaktorluğu ilə hazırlanacaq nəşrin redaksiya heyəti, müəlliflər heyəti və plan-prospektini iştirakçıların diqqətə çatdırıb.

İsmayıl Hacıyev iclasda Prezident İlham Əliyevin çağırışına cavab olaraq və ölkə başçısının Tərtər rayonuna səfəri zamanı çıxışından irəli gələn məsələlərin icrası istiqamətində AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə hazırlanacaq “İrəvan şəhəri-necə varsa” monoqrafiyası barədə məlumat verib. Qeyd edib ki, sözügedən tədqiqat əsərində bölmə əməkdaşları da yaxından iştirak edəcəklər.

Gündəlikdə əksini tapan növbəti məsələ “AMEA-nın 2019-cu ildəki fəaliyyəti haqqında” Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2020-ci il 10 iyun tarixli qərarı ilə bağlı olub. İnstitut direktorlarına hər bir əməkdaşın sözügedən qərar ilə tanış olması üçün Elmi şuraların gündəliyinə qərarın salınması tapşırılıb.

Bölmənin yarımillik hesabatının hazırlanması ilə bağlı Elm və təhsil şöbəsinin əməkdaşı Leyla Səfərova çıxış edib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

 

 

 

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR