22 Sentyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gənclər arasında “Yaşa və öyrən” onlayn dostluq oyunu keçirilib.
Oyunda Gənclər Fondunun “Qasırğa”, “Simurq”, “Titanik” və “Rose” komandaları, Mədəniyyət Nazirliyinin isə “Uğur”, “Bermuda”, “Şahbuz”, “Əlincə”, “Hünər” və “Araz qayası” komandaları iştirak edib. Ümumilikdə, hər birində 3 nəfər olmaqla, 10 komandanın tərkibində cəmi 30 gənc yarışıb.

İştirakçılara “Tarix”, “Mədəniyyət və incəsənət”, “Ədəbiyyat”, “Teatr”, “Folklor” və “Ardını sən de” kateqoriyaları üzrə suallar ünvanlanıb. 3 hissədən ibarət olan dostluq oyununun yekun nəticələrinə əsasən Mədəniyyət Nazirliyinin Gənclər Birliyinin “Araz qayası” komandası 1-ci, Gənclər Fondunun “Qasırğa” komandası 2-ci, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin “Bermuda” komandası 3-cü yerin qalibi olub, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin “Şahbuz” komandası isə yüksək səviyyəli oyun nümayiş etdirməklə digərlərindən fərqlənib.
Qeyd edək ki, qalib komandalar diplomlara, fərqlənən komanda isə fəxri fərmana layiq görülüblər.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR