24 Oktyabr 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində şəhər və rayon Təhsil şöbələrinin baş məsləhətçiləri və təhsil müəssisələrinin Təhsilin idarəolunmasının məlumat sistemi üzrə əlaqələndiricilərinə onlayn seminar keçirilib.

Seminarın keçirilməsində əsas məqsəd Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) haqqında məlumatların müntəzəm yenilənməsi prosesində əlaqələndirici kadrların peşəkarlıq səviyyəsini artırmaqdır.

Seminarda nazirliyin sektor müdiri Məmməd Bayramov çıxış edərək UTİS proqramının tətbiqi, əsas xüsusiyyətləri və əhəmiyyəti haqqında ətraflı məlumat verib.
Bildirilib ki, bu proqramın tətbiqi nəticəsində ümumtəhsil məktəblərinin maddi bazası, sinif komplektləri, kitabxana fondları, laboratoriyaları, həmçinin şagird kontingenti, şagirdlərin təhsil müəssislərinə qəbulu və yerdəyişməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar, müəllimlərin təhsili, cari iş fəaliyyəti və digər bu kimi məlumatları əhatə edən elektron məlumat bazası yaradılıb.
Proqramın düzgün və vaxtında işlənməsindən bəhs edən sektor müdiri qeyd edib ki, muxtar respublikada təhsilə göstərilən qayğının, yaradılan şəraitin nəticəsidir ki, bu gün istənilən ümumtəhsil məktəbində bu proqramdan səmərəli istifadə ən yüksək səviyəyədədir. Bu proqram muxtar respublikamızda ötən tədris illərində tam və dolğun işlənərək respublikanın digər bölgələri ilə müqayisədə nümunəvi olub.
Qeyd edilib ki, ötən tədris ilindən Dövlət İmtahan Mərkəzinin “Şagird-məzun” sistemi ilə inteqrasiyası nəticəsində məzunlar haqqında məlumatlar avtomatik olaraq UTİS sisteminə köçürüldüyündən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan məzunların sistemə işlənməsi qaydası sadələşdirilib.
Sonra seminar iştirakçılarına proqramla işləmə qaydaları haqqında məlumat verilib, iştirakçılara “Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi” elektron formada paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR