06 Dekabr 2020, Bazar

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində “Müasir dövrdə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib. Əvvəlcə sıra təliminə baxış olub. Sonra tədbir fakültənin akt zalında davam edib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev vurğulayıb ki, 30 ildir, müharibə şəraitində yaşayırıq. Son günlərdə mühüm strateji əhəmiyyətli ərazilərin qaytarılması Azərbaycan Ordusunun nə qədər güclü olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Xalqımızda yaranana qələbə əzmi və böyük ruh yüksəkliyi ordumuzun güclü olmasında motivasiya rolunu oynayır.

Tədbirdə çıxış edən Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri Oktay Rzayev bildirib ki, vətənpərvərlik insana lap kiçik yaşlardan aşılanmalı, gənclərimiz tariximizi yaxşı bilməli, vətənpərvər ruhda böyüməlidir.
Bədən tərbiyəsi və idman ixtisası üzrə IV kurs tələbəsi Hüseyn Bağırov çıxış edərək bildirib ki, bu gün gənclərin üzərinə mühüm vəzifələr düşür. Biz hər zaman Vətənin müdafiəsinə hazır olmalı, düşmənə qarşı öz gücümüzü göstərməliyik.
Sonra tədbir iştirakçılarına Cəbrayıl şəhərinin və 9 kəndinin işğaldan azad edilməsi ilə bağlı videoçarx nümayiş olunub, şeirlər səsləndirilib.

* * *

Naxçıvan Dövlət Universitetində 2020-2021-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən bəhs edib.
Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Rəhimov çıxışında bildirib ki, universitetin əyani şöbəsində 6 fakültə üzrə 16 ixtisas olmaqla, ümumilikdə, 409 tələbə muxtar respublikanın 15 şəhər və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində pedaqoji təcrübədə olacaq. Universitetin müəllimlərindən 67 ixtisas metodisti isə təcrübəyə rəhbərlik edəcək. Bədən tərbiyəsi və idman ixtisası üzrə IV kurs tələbələri isə 45 nəfər olmaqla, məşqçilik təcrübəsi keçəcəklər.
Sonra çıxışlar olub.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR