22 Yanvar 2021, Cümə

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Təsviri incəsənət kafedrasının müəllimi Ləman Məmmədovanın “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev təqdimatı keçirilən kitabı müvafiq Dövlət proqramı istiqamətində mühüm töhfə olaraq dəyərləndirib.
Təsviri incəsənət kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev elmi məsləhətçisi və elmi redaktoru olduğu kitabın “Ön söz”ündə müəllif haqqında fikirlərini bildirib.

Kafedranın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva dərs vəsaitində xalçaçılıq tarixi, xalçaçılıq texnikası, xalça növləri və məmulatları, onların ideya-bədii xüsusiyyətlərinin inkişaf mərhələləri, xalça sənəti məktəbləri haqqında verilən ətraflı bilgilər barədə fikirlərini söyləyib.
Elmi Kitabxananın direktoru Fariz Əhmədov bildirib ki, kitabda dekorativ-tətbiqi incəsənət, Azərbaycanda dekortaiv-tətbiqi sənət növləri, Azərbaycan xalçaçılıq tarixindən və məşhur xalçaçı-rəssam Lətif Kərimovun həyat və yaradıcılığından məlumat verilir.
Sonda müəllifin rəsm əsərlərindən ibarət sərgiyə və Əzizə Məmmədovanın tərtib etdiyi xalçaçılıq kompozisiyasına baxış olub.

Səadət Əliyeva

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR