22 Yanvar 2021, Cümə

“Naxçıvan” Universitetində İkinci Qarabağ müharibəsi-Vətən müharibəsində qazandığımız şanlı qələbəmizə həsr olunmuş “Zəfər bizimdir, Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.
“Naxçıvan” Universitetinin şəhərciyində açıq havada keçirilən tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, işğalçı Ermənistan Azərbaycan Respublikası Prezidentinin qətiyyətli iradəsi, şanlı Ordumuzun göstərdiyi şücaət sayəsində məğlub edildi və torpaqlarımızdan çıxmağa məcbur oldu. Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz Ermənistanın 4 ilə işğal etdiyi, təxminən 30 il ərzində möhkəmləndiyi torpaqlarımızı 44 günlük döyüş, 20 günlük isə siyasi-diplomatik vasitələrlə, cəmi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı. Ali Baş Komandanımızın qətiyyətli iradəsi nəticəsində siyasi müstəvidə qazandığımız digər uğurumuz isə Naxçıvan Muxtar Respublikasının quru yolu vasitəsilə uzun illər sonra yenidən doğma Azərbaycanımıza qovuşması oldu. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı bəndlər regionun yeni nəqliyyat xəritəsinin konturlarını müəyyənləşdirir.
Sonra tədbirin bədii hissəsi olmuşdur. Tələbələrin ifasında bayrağımıza həsr olunmuş şeirlər və milli mahnılarımız səsləndirilmişdir. Tələbələr tərəfindən hazırlanan müxtəlif hərbi-döyüş səhnəcikləri tədbir iştirakçılarının marağına səbəb olub.
Sonda fəal iştirak edən tələbələr mükafatlandırılıb.

Seyfur HACIMURADOV

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR