08 Mart 2021, Bazar ertəsi

Naxçıvan Dövlət Universiteti Kimya kafedrasının müəllimi Pərvin Quliyev “Sb2Se3 nazik yarımkeçirici təbəqələrinin alınması üçün elektrolit” adlı ixtirasına görə patent alıb.

Qeyd edək ki, patentin məqsədi “Elektrokimyəvi yolla Sb2Se3 nazik təbəqələrinin sintezi və bəzi xassələrinin tədqiqi” mövzusunda aparılan tədqiqatlar zamanı stexiometrik tərkibə malik həmin yarımkeçirici təbəqələrin alınması, alınan bu təbəqələrin potensial adsorbent olması və digər yüksək elmi nəticələr əldə edilməsidir. Tar­tratelektroliti məhlulunda aparılan reduksiyadan alınan təbəqələrin bir sıra əhəmiyyətli fiziki-kimyəvi parametrlərə malik olması kimi elmi nəticələrin müəlliflik şəhadətnaməsi ilə təsdiq edilməsi qarşıya məqsəd qoyulub. Bunun üçün AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu ilə sifarişçi kimi razılaşdırılmış və ixtiraya dair sənəd–müəlliflik şəhadətnaməsi sifariş verilib. 2017-ci il 11 aprel tarixdə verilən sifariş 2020-ci il 14 oktyabr tarixdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən dövlət reyestrində qeyd olunub.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR