07 Mart 2021, Bazar
“Naxçıvan” Universitetində  2020-ci il 30 dekabr tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr, 2020-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
İclası giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr və 2020-ci ildə görülmüş işlərlə bağlı çıxış edib. Bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın müasirləşdirilərək daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər bu il də davam etdirilib. Diqqətə çatdırılıb ki, universitetin fakültələrinin hər birində tədris və təlimin  keyfiyyətinin yüksəkdilməsinə, əyaniliyin möhkəmlənməsinə müsbət təsir göstərən texnologiyalardan istifadəyə geniş şərait yaradılıb.
Bildirilib ki, cari tədris ilində “Naxçıvan” Universitetində 4 fakültə, 10 kafedra, 7 şöbə, 4 mərkəz fəaliyyət göstərmişdir.Hazırda “Naxçıvan” Universitetində bütün səviyyələr üzrə 1339 tələbə təhsil alır.Onlardan 18 ixtisas üzrə 1277 nəfəri bakalavr, 8 ixtisas üzrə 21 nəfəri magistr, 11 ixtisas üzrə 29 nəfəri doktorant və dissertant, 6 ixtisas üzrə  12 tələbə isə akademik möhlətlidir. 
 
Hesabat ilində universitet əməkdaşlarının 1 monoqrafiyası, 2 kitabı, 5 dərs vəsaiti, 14 proqramı,198 elmi məqaləsi, 9 tezisi 52 konfrans material nəşr olunmuşdur. 2020-ci ilin birinci yarımilində dünyada baş vermiş məlum pandemiya ilə əlaqədar olaraq  “Naxçıvan” Universitetində də dərslər dayandırılmış, bütün ixtisaslar üzrə mühazirə mətnlərinin elektron bazaya yerləşdirilməsi yolu ilə tədris bərpa olunmuş, “Zoom” proqramı vasitəsilə tələbələrə onlayn dərslər keçirilmişdir. 
 
Onlayn tədrisə keçid yalnız tədris sahəsini əhatə etməmişdir. Belə ki, universitet bu müddət ərzində 29 elmi-praktik konfrans, 2 vebinar təlim, 4 tələbə diskussiyası onlayn formada təşkil olunmuşdur. Tədris ilində “Naxçıvan” Universiteti beynəlxalq əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra fəaliyyətlər həyata keçirmişdir. Dünyanın 52 universiteti ilə tədris və elmi sahədə əlaqə saxlayan ali təhsil ocağı cari ildə iki beynəlxalq universitetlər birliyinin üzvü seçilmişdir (“EURAS”, “KUNİB”). Ali təhsil ocağı “Erasmus+” proqramı tərəfindən maliyyələşdirilən  “ECAR” (Azərbaycan Rektorlar Konfransının yaradılması  layihəsinə tərəfdaş seçilərək Naxçıvan Muxtar Respublikasından bu layihəyə qoşulan ilk və yeganə universitet  kimi qeydə alınmışdır.
 
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylunun “2020-ci ildə  Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları”, İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadənin “Muxtar respublikada  son illərdə ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasında  görülən işlər və gələcək perspektivlər" mövzusunda çıxışları dinlənilib.
 
Qeyd olunub ki, 2020-ci ildə mövcud çətinliklərə baxmayaraq muxtar respublikanın sosial-iqtisadi inkişafı  öz dinamikası ilə davam etdirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə 2020-ci ilin “İxrac ili” elan olunması muxtar respublikanın sosial-iqtisadi imkanlarını daha da genişləndirib, yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulların ixrac potensialının artırılmasını təmin edib.
Sonda  məruzələr  ətrafında çıxışlar dinlənilib. 
 
Seyfur Hacımuradov
 

 

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR