07 Mart 2021, Bazar

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Mühasibat uçotu və maliyyə kafedrasının professoru, iqtisad elmləri doktoru Nazim Əhmədovun “Sürətlə inkişaf edən və modernləşən Naxçıvan iqtisadiyyatı” və “Azərbaycanda turizmin inkişafı və onun regional problemləri” adlı monoqrafiyalarının təqdimat mərasimi keçirilib.
Təqdimatı giriş sözü ilə universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov açaraq hər iki monoqrafiyanı yüksək qiymətləndirib. Bildirilib ki, hər iki elmi əsər ali məktəb tələbələri, müəllimlər və bu sahələrlə maraqlanan hər kəs üçün qiymətli mənbə ola bilər. Monoqrafiyalarının işıq üzü görməsi münasibətilə müəllifi təbrik edən Məftun İsmayılov professora elmi fəaliyyətində uğurlar arzulayıb.

Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad elmləri doktoru Teymur Abbasov çıxışında qeyd edib ki, “Sürətlə inkişaf edən və modernləşən Naxçıvan iqtisadiyyatı” monoqrafiyasında, ilk növbədə, 5000 ildən çox yaşı olan qədim Naxçıvanın iqtisadiyyatının XX əsrin axırlarına qədərki dövrünə nəzər salınıb. Ölkəmiz ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə 1995-ci ilin sonunda makroiqtisadi sabitliyin yaranması və muxtar respublikanın sürətli inkişafı geniş tədqiqat obyektinə çevrilib. Əsərdə muxtar respublika iqtisadiyyatında baş verən köklü dəyişikliklər, əldə olunan uğurlar, bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi siyasəti zəngin statistik materiallar əsasında təhlil edilib.
Bələdiyyə və turizm kafedrasının müdiri, baş müəllim Flora Kərimova öz çıxışında bildirib ki, “Azərbaycan turizmin inkişafı və onun regional problemləri” elmi əsərində dünyada turizmin meydana gəlməsi, inkişafı, turizm sahəsinə ümumi yanaşmalar və turizm sahəsində beynəlxalq təcrübəyə nəzər salınıb. Azərbaycanda turizmin yaranması, inkişaf tarixi, zəruriliyi, məqsədi və əsas istiqamətləri tədqiq olunub. Həmçinin monoqrafiyada muxtar respublikada turizmin inkişafının müasir vəziyyəti, turizmin inkişaf perspektivləri, bu sahədə həyata keçirilən tədbirlər, turizmdə sahibkarlığın formalaşması və dövlət tənzimlənməsindən söhbət açılıb.
Sonda müəllif göstərilən dövlət dəstəyinə görə minnətdarlığını ifadə edib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR