30 Noyabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Flora Kərimova çıxışında müxtəlif ixtisasların aidiyyəti orqanlara hamiliyə verilməsinin önəmini qeyd edib. Bildirib ki, bu, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri üçün xüsusi əhəmiyyət daşıyır və yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə verir. Müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadrlar hesab olunur.
Sonra Dövlət İmtahan Mərkəzinin əməkdaşları Razi Məmmədov “Azərbaycanda dövlət qulluğunun təşəkkülü və əsas tarixi mərhələləri”, Məmməd Babayev isə “Dövlət qulluğu və dövlət qulluqçusu” mövzularında hazırlanmış slaydlar vasitəsilə tələbələrə geniş məlumat veriblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR