30 Noyabr 2021, Çərşənbə axşamı

 

“Naxçıvan” Universitetində “Müasir dünya siyasətində Azərbaycanın yeri və geosiyasi reallıqlar” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq tədbirin əhəmiyyətindən danışıb. Rektor 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən bəhs edərək qeyd edib ki, Azərbaycan bu gün regionda lider dövlətdir. Azərbaycan xalqı Vətən müharibəsində ordusunun və Ali Baş Komandanın ətrafında sıx birləşərək məhz bugünkü tarixi zəfəri əldə edib.

“Böyük şahmat taxtasında Cənubi Qafqaz, İkinci Qarabağ müharibəsi və geosiyasi həmlələr” mövzusunda çıxış edən Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev bildirib ki, bu gün Azərbaycan strateji baxımdan son dərəcə mühüm region hesab edilir. ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Zbiqnev Bjezinski “Böyük şahmat taxtası” əsərində Azərbaycan böyüklüyündə olan heç bir dövlətə ayırmadığı qədər vaxtı və enerjini Azərbaycana ayırır. O qeyd edib ki, müəllif Azərbaycanı Orta Asiyanın qapısı olaraq vurğulayır. Əsərdə sübut edilir ki, Azərbaycanın strateji mövqeyi ədalətli olduğu üçün heç kim üçün problem hesab oluna bilməz.
Sonda tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov da konfransda müzakirə olunan mövzularla bağlı öz münasibətini bildirirərək tələbələrin suallarını cavablandırıb.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR