18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetində 2012-ci ildə görülmüş işlər və elmi-tədqiqat sahəsində əldə olunan uğurların təhlilinə həsr olunmuş universitet Elmi Şurasının iclası keçirilmişdir. Elmi Şura üzvləri əvvəlcə universitetin 2012-ci ildəki elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olmuşlar.
İclası ali təhsil ocağının rektoru, akademik İsa Həbibbəyli açaraq ötən il ardıcıl və hərtərəfli dövlət qayğısı sayəsində tədrisin, eləcə də elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, universitetin yaranmasının 45 illiyi ilə əlamətdar olan 2012-ci ildə beynəlxalq əlaqələrin inkişafı, xarici vətəndaşların universitetdə ali təhsilə cəlb olunması, elektron təhsilin proqramlaşdırılması, distant və onlayn təhsilin təşkili, semestr imtahanlarının elektron test üsulu ilə keçirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Hazırda universitetdə “Elektron universitet” layihəsi uğurla həyata keçirilir.

Sonra elmi işlər üzrə prorektor, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Kazımov universitetin elmi-tədqiqat bölməsinin 2012-ci il üçün hesabatını slaydlar şəklində təqdim edərək bildirmişdir ki, ötən il 267 əməkdaş tərəfindən 21 elmi istiqamət üzrə 257 elmi-tədqiqat işi aparılmışdır. Tələbələrimiz ali məktəb tələbələrinin XVII Fənn Olimpiadasında, informatika fənni üzrə VI Respublika Olimpiadasında uğurla iştirak etmişlər. 2012-2013-cü tədris ilinin I semestri ərzində bakalavr təhsil pilləsi üzrə 2 nəfər Ukrayna universitetlərində, 4 nəfər isə Şota Rustaveli adına Batumi Dövlət Universitetində təhsil almışdır. Universitet tarixində ilk dəfə doktorantura təhsil pilləsi üzrə “ERASMUS MUNDUS” layihəsi çərçivəsində 2 nəfər İspaniyanin Santyago de Kompostela Universitetində, 1 nəfər isə İtaliyanın Tuskua Universitetində təhsilini davam etdirəcəkdir.
Hesabat iclasında universitetin beynəlxalq əlaqələri, beynəlxalq əhəmiyyətli konfrans və simpoziumlarda iştirakı, Avropa Birliyi ölkə­lərinin TEMPUS proqramının beş layihəsində uğurla iştirak etməsi və daha 2 layihəsində təmsil olunacağı, Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə layihə həyata keçirəcəyi barədə məlumat verilmişdir.
Universitet əməkdaşlarının elmi nəşrləri, respublika miqyasında, habelə xarici jurnallarda çap edilmiş elmi məqalələri barədə statistik rəqəmlər ötən illərlə müqayisəli şəkildə diqqətə çatdırılmışdır. Universitetdə 2013-cü ildə elmi-pedaqoji kadr hazırlığı, beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsi, universitetin beynəlxalq reytinq cədvəlində iştirakı istiqamətində görüləcək işlərdən danışılmışdır.
Elmi Şura iclasında həmçinin Doktorantura şöbəsinin, Tələbə Elmi Cəmiyyətinin hesabatları, magistrant dissertasiyalarının hazırlanması vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar məruzə dinlənilmişdir.
Sonda 2012-ci ildə universitetin professor və dosent adı almış müəllimlərinə diplomlar, “İlin alimi” və “İlin səmərələşdiricisi” nominasiyalarının qaliblərinə mükafatlar təqdim olunmuşdur.

Mehriban SULTAN

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3285674
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
522
3637
23443
70320
3285674

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter