21 Avqust 2019, Çərşənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

İyun ayının 1-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün 2014-cü ilin sonuncu sınaq imtahanını keçirmişdir.
Muxtar respublikada Naxçıvan şəhərində və rayon mərkəzlərində keçirilən imtahana TQDK-nın Naxçıvan Muxtar Respublikası üzrə Regional Bölməsinin bazasından 24 imtahan rəhbəri və 138 nəzarətçi cəlb olunmuşdu. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılmış və muxtar respublika üzrə 2466 abituriyent qeydiyyatdan keçmişdir.
İmtahan başlanmazdan əvvəl bir neçə gənclə həmsöhbət oldum. Vilayət Seyidova yaxınlaşıram. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunudur. O dedi:

– Sonuncu sınaq imtahanıdır. Bütün sınaq imtahanlarında iştirak etmişəm. Bu il iştirak etdiyim sınaq imtahanlarında 600 balı keçmişəm. Bu sınaq imtahanında zəif bildiyim mövzuları dəqiqləşdirib qəbul imtahanına tam hazır vəziyyətdə getmək istəyirəm. Hədəfim 670-dən yuxarı bal toplamaqdır.
7 nömrəli tam orta məktəbdən olan Əlövsət Mahmudov və Səidə Novruzova da sınaq imtahanla­rın­da yüksək bal toplayan gənc­lərimizdəndir.
3 nömrəli tam orta məktəbin məzunu Sevinc Sadiqovanın dediklərindən:
– Sınaq imtahanında 600 balı keçirəm. Amma hələ də bu nəticə məni qane etmir. Ən böyük arzum tələbə adını qazanmaq və Prezident təqaüdünə layiq görülməkdir. Bunun üçün qəbul imtahanına az bir müddət qalmasına baxmayaraq, gecə-gündüz çalışıram.
İmtahan başa çatdıqdan sonra TQDK-nın Naxçıvan Muxtar Respublikası üzrə Regional Bölməsinin rəhbəri Sabir Məmmədov imtahana ayrılan 3 saat ərzində heç bir qayda pozuntusuna yol verilmədiyini qeyd etdi.
İmtahandan yenicə çıxmış Şəhla Hüseynova ilə həmsöhbət olduq. Öyrəndik ki, 14 nömrəli tam orta məktəbin məzunudur. O dedi:
– İmtahanda sakitlik tam tə­min edilmişdi. Sınaq imtahanına düşən suallardan gördüm ki, ar­tıq qəbul imtahanına tam hazı­ram. Bü­tün sınaq imtahanlarında 600-dən yuxarı bal toplamışam. Arzum hüquqşünas olmaqdır. İnanıram ki, yaxın gələcəkdə bu arzuma çatacağam.
İmtahanın nəticələri TQDK-nın internet saytında yerləşdiriləcək.

Sara ƏZİMOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4466439
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
915
5561
9395
130480
4466439

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter