23 Sentyabr 2019, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə ali məktəblərdə “Ümumi təhsil kurikulumunun əsasları” mövzusuna həsr olunmuş təlim kursuna start verilib.
Təlim kursunun açılış mərasimində Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid muxtar respublika rəhbərinin qayğısı və dəstəyi ilə təşkil olunan təlim kurslarının dövlət idarəçiliyi sahəsində milli kadr potensialının formalaşdırılması, yerli mütəxəssis hazırlığı, beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Prorektor bildirib ki, regionun 3 ali təhsil müəssisəsinin – Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Özəl Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyətinin belə təlim kurslarında iştirak etməsi onların təhsildə müasir məsələlərlə bağlı peşəkarlığının yüksəldilməsində mühüm rol oynayır.
Təlimçi, Azərbaycan Müəllimlər İnstitutunun Əlavə təhsilə xidmət edən kabinetinin müdiri Xuraman Nağızadə təlim kursu haqqında məlumat verərək bildirib ki, milli kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına yönəlib. Xuraman Nağızadə vurğulayıb ki, “Ümumi təhsil kurikulumunun əsasları” mövzusuna həsr olunmuş təlimin keçilməsində əsas məqsəd ilkin müəllim hazırlığı üçün mövcud “kurikulumun əsasları” fənninin tədrisi istiqamətində kadrların hazırlanmasından ibarətdir.
Qeyd edək ki, 24 günlük təlim kursu başa çatdıqdan sonra iştirakçılara sertifikatlar təqdim olunacaq.

Mina QASIMOVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR