21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Gənclər və İdman Nazirliyinin, Vəkillər Kollegiyasının dəstəyi ilə “Naxçıvan Dövlət Universitetinin Tələbə Hüquq Maarifləndirmə Mərkəzinin üzvləri (tələbələri) üçün səhnələşdirilmiş məhkəmə təlimi” keçirilmişdir.
Universitetin rektoru, akademik İsa Həbibbəyli təlimin açılış iclasında çıxış edərək ölkəmizdə peşəkar hüquqşünaslar üçün səhnələşdirilmiş məhkəmə təlimlərinə ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə Azərbaycanın Məhkəmə-Hüquq Şurası tərəfindən 2009-cu ildən başlanıldığını bildirmişdir. Rektor ədalət mühakiməsi standartlarının öyrənilməsinə və onların praktik tətbiqində səmərəliliyin artırılmasına yönəlmiş təlimin işinə uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, universitetin Hüquq fənləri kafedrasının müəllimi, layihə rəhbəri Tural Hüseynov təlimin metodologiyası haqqında məlumat verərək bildirmişdir ki, builki təlimlərdə ali təhsil ocağının Tibb, Tarix-filologiya, İncəsənət fakültələrinin də tələbələri iştirak edirlər. Təlimin əhəmiyyəti haqqında danışan universitetin Hüquq fənləri kafedrasının müəllimi, Tələbə Hüquq Maarifləndirmə Mərkəzinin koordinatoru İsmayıl İsmayıllı bu təlimlərin əsas məqsədinin tələbələrdə nəzəri ixtisas biliklərinin möhkəmləndirilməsi ilə yanaşı, təcrübi bilik və bacarıqların da formalaşdırılmasından ibarət olduğunu vurğulamışdır.

Açılış iclasından sonra iştirakçılara səhnələşdirilmiş cinayət hadisəsinə dair material paylanılmış, rollar bölüşdürülmüşdür. Məhkəmə iclası prosesində tələbələr fəallıq nümayiş etdirmişlər.
Yekun iclasda çıxış edən rektor İsa Həbibbəyli təlimin işini yüksək qiymətləndirərək belə tədbirlərin gələcək nəsil hüquqşünasların yetişməsindəki rolundan danışmış, məhkəmənin səhnələşdirilmiş formatda aparılmasının ədalət mühakiməsinin həyata keçirilməsində dünya hüquq təcrübəsinin öyrənilməsi və tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Sonda təlimdə fəallıq göstərən iştirakçılara sertifikatlar təqdim olunmuşdur.



Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299587
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3409
4291
11355
84233
3299587

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter