26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Bu yaxınlarda Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmovun və kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Dilsuz Qasımovun “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi” adlı dərs vəsaiti çapdan çıxmışdır. “Avropa” nəşriyyatında dərc olunan kitab ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə ithaf edilmişdir. Yerli və xarici nüfuzlu nəşrlərdə 150-yə yaxın əsəri, o cümlədən 10 kitabı dərc olunmuş A.Rüstəmovun və 30-a yaxın əsərin müəllifi olan D.Qasımovun birgə müəllifliyi ilə ərsəyə gələn bu dərs vəsaiti iqtisadiyyatımızın aqrar sferasının öyrənilməsinə həsr edilmiş irihəcmli ilk əsər kimi diqqətəlayiqdir.
Hazırda ölkəmizin aqrar sahədə həyata keçirdiyi iqtisadi siyasətin əsasında milli istehsalın üstünlüklərindən yararlanmaq, kənd təsərrüfatını innovasiya yönümündə inkişaf etdirmək, regionların inkişafında aqrar sektorun rolunu yüksəltmək, əhalini ərzaq məhsulları ilə etibarlı şəkildə təmin etmək istəyi dayanır. Ona görə də elmi baxımdan aqrar sferanın iqtisadi problemlərinin öyrənilməsinə ciddi ehtiyac duyulur. Dərs vəsaitində aqrar sahənin inkişaf istiqamətləri, regional və sahəvi xüsusiyyətləri nəzərə alınmaqla, mövcud ehtiyat mənbələrinin aşkar edilməsi və səmərəli istifadəsi, kənd təsərrüfatında sahibkarlıq və bazar strukturlarının inkişafı, infrastrukturların təşkili, aqrar sferada idarəetmənin təşkili və təkmilləşdirilməsi yolları müasir tələblər baxımından şərh edilir. Dərs vəsaitində yer alan mövzular Azərbaycan Respublikası Təhsil Nazirliyinin iqtisadiyyatyönlü ali təhsil ixtisasları üzrə bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələbləri müəyyənləşdirən dövlət təhsil standartı əsasında hazırlanmışdır. Aqrar sahədə sahibkarlıq, müasir aqrar siyasət, ərzaq təhlükəsizliyi, aqrar sahənin regionların sosial-iqtisadi inkişafında rolu, aqrar sahədə innovasiya siyasəti, aqrar bazarın formalaşması, kənd təsərrüfatında investisiyalar, aqrar sektorun kənddə məşğulluq probleminin həllində rolu, aqrar iqtisadiyyatın təşkili və idarə edilməsi kimi müasir dövr üçün aktual olan nəzəri və praktik məsələlər dərs vəsaitində geniş şəkildə izah edilmişdir.

Dərs vəsaitində ölkəmizdə həyata keçiri­lən aqrar islahatların əhəmiyyəti vurğulanmış, səmərəli aqrar siyasətin iqtisadi inkişafa, ərzaq və məşğulluq probleminin həllinə təsiri məsələləri araşdırmaya cəlb olunmuşdur. Göstərilmişdir ki, Azərbaycan Respublikasının həyata keçirdiyi, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş aqrar siyasət kursu strateji dövlət mənafelərinin və milli maraqların təmin edilməsinə və aqrar sektorun sosial-iqtisadi səmərəliliyinin və rəqabətədavamlılığının yüksəldilməsinə, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, aqrar sahibkarlığa əlverişli şərait yaradılması məqsədi daşıyır. 
Dərs vəsaitində aqrar sektor və regional inkişaf məsələlərinin qarşılıqlı əlaqəsi geniş şəkildə işıqlandırılmışdır. Müəlliflər müasir şəraitdə ölkənin regionlarının yüksək dinamika ilə inkişafını elmi təhlillər əsasında diqqətə çatdırmış, inkişafın bugünkü səviyyəsinin əldə edilməsində ölkə Prezidenti cənab İlham Əliyevin regionların inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin rolunu xüsusi olaraq qeyd etmişlər. Yerli istehsalın inkişaf etdirilməsi hesabına idxaldan asılılığın aradan qaldırılması, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının təşkili regionlarda iqtisadi yüksəlişin başlıca nəticələri kimi qiymətləndirilir.
Professor Ağarza Rüstəmovun və dosent Dilsuz Qasımovun yeni dərs vəsaitinin tədqiqatçılar, tələbələr, aspirant və dissertantlar üçün faydalı olacağına inanırıq.

Müslüm CABBARZADƏ
iqtisad üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3066739
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
771
4574
9672
118070
3066739

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter