23 Oktyabr 2014, Cümə axşamı

ARXİV

Oktyabr 2014
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

LİNKLƏR

 

 

Babək rayon məktəbliləri arasında ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilir.
Babək Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsi tərəfindən təşkil edilən müsabiqəyə start verilməzdən əvvəl Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nailə Vəliyeva, rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımov, münsiflər heyətinin üzvü Seymur Xudanov çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin 90 illiyinə həsr edilən müsabiqənin əhəmiyyətindən danışıblar.
Çıxışlarda qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2013-cü ilin muxtar respublikada “Heydər Əliyev ili” elan olunması Babək rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Bu tədbirin keçirilməsində məqsəd ulu öndərin bənzərsiz həyat yolunun böyüməkdə olan nəslə təbliğ edilməsi, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.

Vurğulanıb ki, müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana, doğma xalqına həsr edilmiş ömür yolu bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbidir. Babək rayonunun təhsil işçiləri, bütövlükdə ictimaiyyət böyüməkdə olan indiki gənc nəslin hər bir nümayəndəsinin dahi Heydər Əliyev nümunəsində tərbiyə olunmasını ən başlıca vəzifə hesab edir, bu işin yerinə yetirilməsində yüksək qətiyyət və əzmkar­lıq göstərirlər. 
Çıxışlardan sonra müsabiqənin birinci mərhələsinə start verilib. Bu mərhələdə Nehrəm kənd 1, 2 və 3 nömrəli tam orta məktəblərin IX, X, XI siniflərindən 577 şagird iştirak edərək ulu öndərimiz haqda düşüncələrini ağ kağıza köçürüb. Məktəblilər yazı prosesində xüsusi fəallıq, bilik və ifadə bacarığı nümayiş etdiriblər.
Xatırladaq ki, rayon məktəbliləri arasında keçirilən müsabiqə may ayının 7-dək davam edəcək, qaliblər Babək Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsi tərəfindən mükafatlandırılacaqlar.

Xəbərlər şöbəsi