21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ulu öndər Heydər ƏLİYEV: Azərbaycan gənclərinə üzümü tutaraq deyirəm ki, cəmiyyətdə hər bir peşə lazımdır, hörmətlidir, cəmiyyət üçün faydalıdır. Ancaq Vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdir. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir.

Hər bir dövlətin müstəqil yaşaması üçün onun güclü ordusu olmalıdır. Ərazi bütövlüyünün təminatçısı olan ordunun formalaşdırılması isə ixtisaslı hərbi kadrların hazırlanmasından asılıdır. Ümummilli liderimiz Heydər Əliyev istər ölkəmizə rəhbərliyinin birinci, istərsə də ikinci dövründə ordu quruculuğunu üstün istiqamət kimi müəyyənləşdirmiş, gənc hərbi kadrların hazırlanması istiqamətində konkret tədbirlər görmüşdür. Dahi şəxsiyyətin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi Azərbaycanda milli kadrların yetişdirilməsində ilk addım olmuşdur. Moskvanın ciddi narazılığına baxmayaraq, Cəmşid Naxçıvanski adına Hərbi Məktəb öz fəaliyyətini genişləndirmiş, ulu öndərin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının ali hərbi məktəblərinə təhsil almağa göndərilmişdir. Bu dövrdə yaradılan möhkəm təməl ölkəmiz müstəqillik qazandıqdan sonra milli ordu quruculuğunun əsasını təşkil etmişdir.
Müstəqillik illərində ulu öndərin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, Milli Ordunun peşəkar zabit kadrları ilə təmin olunmasına və hərbi təhsilin inkişafına da ciddi diqqət yetirilmişdir. Ümummilli liderimizin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılmış, qədim Azərbaycan torpağı olan Naxçıvanda ixtisaslı hərbi kadrların yetişdirilməsinə başlanmışdır. 1999-cu ildə filialın yeni tədris korpusunun açılışında iştirak edən ümummilli liderimiz demişdir: “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin burada filialının yaradılması zərurəti ondan irəli gəlir ki, tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün Hərbi Liseyin filialının yaradılması çox zəruri idi”. Gələcəyə böyük ümidlərlə deyilən bu fikirlər qısa zamanda reallığa çevrilmiş, 2001-ci ildə filialın ilk buraxılışı olan 50 məzundan 49-u ali hərbi məktəblərə qəbul olunmuşdur.

Ordunun maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, gənc hərbi kadrların yetişdirilməsi bu gün də Azərbaycanın dövlət siyasətində əhəmiyyətli yer tutur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında Heydər Əliyev adına Hərbi Liseyin yaradılması da bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin daha bir təzahürüdür.
Hərbi Liseydə geniş quruculuq işləri aparılmış, 4,5 hektar sahəni əhatə edən Hərbi Lisey şəhərciyində ümummilli liderin büstü ucaldılmış, ikimərtəbəli qərargah binası, yeməkxana, tibb məntəqəsi, yeni tədris korpusu istifadəyə verilmiş, bir sözlə, müasir hərbi-tədris şəhərciyi yaradılmışdır. 750 yerlik liseydə ən müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları, laboratoriyalar, hərbi kabinələr, linqafon və kompyuter sinifləri, elmi, bədii, siyasi, hərbi və tarixi ədəbiyyatlarla, ensiklopedik nəşrlərlə təmin olunmuş zəngin kitabxana vardır. Qərargah binasının birinci mərtəbəsində “Heydər Əliyev Muzeyi” fəaliyyət göstərir. Liseydə kursantların fiziki hazırlığı da diqqət mərkəzində saxlanılır. Belə ki, Hərbi Liseydə müasir avadanlıqlarla təchiz olunmuş qapalı və açıq idman kompleksləri, mini-futbol meydançası vardır. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2005-ci ilin dekabrında liseydə yaradılan şəraitlə tanış olmuş, kursantlar qarşısında çıxış edərək demişdir: “Bu liseydə təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəklər. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar, lazım gələrsə, Azərbaycanın ərazi bütövlüyünün hərb yolu ilə bərpa olunmasında iştirak edəcəklər”.

Heydər Əliyev adına Hərbi Lisey fəaliyyətə başladığı dövrdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ali Məclisin Sədri cənab Vasif Talıbov ötən il kursantlarla görüşərkən hər bir dövlətin və cəmiyyətin həyatında ordunun, xüsusilə də ixtisaslı zabit kadrlarının mühüm rol oynadığını bildirərək demişdir: “Hər bir müstəqil dövlətin öz dövlətçiliyini davam etdirməsi, ərazi bütövlüyünü qoruyub saxlaması üçün güclü və döyüş qabiliyyətli ordusu olmalıdır. Belə ordu isə öz-özünə yaranmır. Bunun üçün çox böyük iqtisadi potensial və peşəkar zabit korpusu yaradılmalıdır. Azərbaycan iqtisadiyyatının hazırkı səviyyəsi regionda güclü ordu yaradılmasına imkan vermişdir. Azərbaycan Ordusu müasir texnika və avadanlıqlarla təchiz olunmuşdur. Hərb sənətini mükəmməl mənimsəmədən, elmi biliklərə yiyələnmədən bu texnikanı idarə etmək çətindir. Ona görə də biliklərə dərindən və hərtərəfli yiyələnmək, peşəkarlığı artırmaq qarşıdakı dövrdə sizin əsas vəzifələrinizdən biri olacaqdır”.
Ümummilli liderimizin xatirəsinin əbədiləşdirildiyi ilk ünvan olan Heydər Əliyev adına Hərbi Lisey Silahlı Qüvvələrin kadr təminatında uğurla fəaliyyət göstərir. Bu gün liseyə nəinki muxtar respublikadan, həmçinin Azərbaycanın digər bölgələrindən də gənclər təhsil almaq üçün müraciət edirlər. Artıq lisey öz ətrafında yüzlərlə vətənpərvər gənci birləşdirən müasir təhsil müəssisəsinə çevrilmişdir. Hazırda liseydə 699 kursantın təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur. Fəaliyyəti dövründə Hərbi Liseyi bitirən 1728 kursantdan 1684-ü ali hərbi məktəblərə qəbul olmuşdur. Onlardan 842-si Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müxtəlif zabit rütbələrində xidmət edir. Liseyin məzunu olmuş 18 kursant Rusiya Federasiyasında və Türkiyə Respublikasında ali hərbi təhsillərini davam etdirir.
Hərbi təhsil müəssisəsində tədrisin keyfiyyətini daha da artırmaq, kursantları mənəvi-psixoloji cəhətdən hazırlıqlı və vətənpərvər ruhda yetişdirmək üçün ardıcıl tədbirlər görülür. İl boyu keçirilən test-sınaq imtahanlarında, açıq və yoxlama dərslərdə kursantların biliyi, fəallıqları yoxlanılır, nitq mədəniyyətinə yiyələnmələrinə, xarici dilləri öyrənmələrinə diqqət yetirilir. Tədrisdə və təhsildə uğurlu nəticələr əldə edən Heydər Əliyev adına Hərbi Lisey 2008-2009-cu tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.

2013-cü il muxtar respublikamızda “Heydər Əliyev ili” elan edilmişdir. Heydər Əliyev adına Hərbi Liseyin kollektivi çalışır ki, belə bir əlamətdar ildə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsin. Məqsəd təkcə fiziki cəhətdən sağlam, savadlı, yetkin gənclər deyil, həm də Vətənə, dövlətə, ən əsası isə ümummilli liderimiz Heydər Əliyevin ideyalarına və Ali Baş Komandana sədaqətli gənclər yetişdirməkdir. Qədim Naxçıvan diyarı bu gün ölkəmizdə incəsənətə, mədəniyyətə, ədəbiyyata, sosial-iqtisadi inkişafa töhfə verdiyi kimi, öz tarixi ənənəsinə sadiq qalaraq hərb sənətinə də layiqli töhfələrini verməkdədir.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299603
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3425
4291
11371
84249
3299603

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter