16 Sentyabr 2019, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.
Xalqımız hər zaman elm və təhsilin inkişafına böyük önəm vermişdir. Müdriklərimiz, ziyalılarımız cəmiyyətin tərəqqisini təhsildə görmüş, insanların savadlanması, gənc­lərin elm, bilik öyrənməsi qayğısına qalmışlar. Azərbaycanda Bilik Gününün yüksək səviyyədə qeyd olunması, yeni dərs ilinə bayram əhval-ruhiyyəsi ilə başlanması da təhsilin cəmiyyət həyatında mühüm yer tutmasının nəticəsidir.

Ardını oxu...

14 avqust-4 sentyabr 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ­tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə Təhsil Nazirliyində görüş olub. 

Ardını oxu...

Bu gün müasir Azərbaycan təhsili dahi rəhbər Heydər Əliyevin ideyalarından güc alaraq özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edir. Təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bütün bunların nəticələri isə göz qabağındadır.
Muxtar respublikanın məktəblərini bitirən məzunların ali məktəblərə qəbulu, 500-700 intervalında bal toplayanların sayı ilbəil artır. Bütün bunlar isə bizdə gələcəyimizin əmin əllərdə olduğu hissini yaradır. Hər il olduğu kimi, bu il də qəbul imtahanlarındakı nəticələri ilə muxtar respublikamızda təhsilin yüksək səviyyədə olduğunu sübuta yetirənlər öz uğurları ilə hər birimizi qürurlandırdı. Sevindirici haldır ki, ölkə Prezidentinin 2019-cu il 9 sentyabr tarixli Sərəncamı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin 4 məzunu Prezident təqaüdünə layiq görü­lüb. Onlardan biri Məleykə ­Cəfərli ilə həmsöhbət oluruq.
Məleykə Şərur rayon Dərvişlər kənd tam orta məktəbinin məzunudur. Onun dediklərindən:
– Muxtar respublikamızda gənc­lərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait mövcuddur. Doğma diyarımızda hər il yeni məktəb binaları inşa olunur, onlar müasir texnologiyalarla təmin edilirlər. Hər birimiz fəxr edir, qürur hissi keçiririk ki, son illərdə rayonumuzda da təhsil müəssisələri tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Təhsil aldığım Dərvişlər kənd tam orta məktəbi də bunlardan biridir. Məktəbdə şagirdlərin hərtərəfli təhsil alması üçün hər cür şərait mövcuddur. Təbii ki, belə təhsil ocaqlarında oxuyan hər bir məzunun ali məktəbə qəbul olması heç də çətin deyil. Mən də bu qayğıdan bəhrələnərək orta məktəb illərində yaxşı təhsil almaqla yanaşı, bilik yarışmalarında, fənn olimpiadalarında da fəal iştirak etmişəm, həmişə də nəticələrim yüksək olub. Orta məktəbi “Qızıl” medalla bitirmişəm. Bütün bunlar təhsilimi ali məktəbdə davam etdirmək arzumun gerçəkləşməsi üçün möhkəm təməl yaradıb. Nəhayət, bu təmələ söykənərək builki qəbul imtahanlarında 670 bal toplamışam.

Ardını oxu...

“Təhsil millətin gələcəyidir”, – deyən ümummilli lider Heydər Əliyevin bu sahədə müəyyən etdiyi siyasət ölkəmizin ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da uğurla davam etdirilir, gənc nəslin hərtərəfli təhsil alması, peşə sahibi olması və vətənpərvər ruhda böyüməsi üçün ardıcıl tədbirlər görülür. Təhsil müəssisələrinin müasir tələblər səviyyəsində qurulması, təhsildə istifadə edilən qabaqcıl texnologiyalar nəticəsində tədrisin keyfiyyəti ildən-ilə daha da yüksəlir, hər il ali məktəbə qəbul olunanların və yüksək bal toplayanların sayı artır. Bu il də muxtar respublikada 281 məzun ali məktəblərə qəbul imtahanlarında 500-700 arasında bal toplayıb. Sevindirici haldır ki, ölkə Prezidentinin  2019-cu il 9 sentyabr tarixli Sərəncamı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin 4 məzunu da Prezident təqaüdünə layiq görülüb.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə avqustun 20-də keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Qloballaşan dünyada yaşadığımız innovativ və dayanıqlı inkişaf dövrü yeni nəsildən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir... Siz, Vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin sahibinə çevrilməlisiniz. Hər biriniz müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, mənsub olduğunuz xalqın layiqli vətəndaşı olmalısınız”.
Bu il muxtar respublikada ümumtəhsil məktəblərini bitirərək qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərdiyinə görə Prezident təqaüdünə layiq görülən tələbələrimizdən biri də Nicat İsmayılovdur. O, 688 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədrisi ingilis dilində aparılan Maliyyə ixtisasına qəbul olunub. Biz də bu münasibətlə Nicatı təbrik etmək və onunla həmsöhbət olmaq qərarına gəldik:
– Nicat, əvvəlcə səni Prezident təqaüdünə layiq görülməyin münasibətilə ürəkdən təbrik edirəm. İstərdim ki, əvvəlcə özün haqqında məlumat verəsən.

Ardını oxu...

Əməksevər bağban üçün min bir zəhmətini çəkdiyi ağacın bar-bəhəri necə qiymətlidirsə, elmi, təhsili, nailiyyətləri ilə baş ucalığı gətirən övlad da valideyn üçün o qədər dəyərli və qürurvericidir. Bu mənada, böyük filosoflar da əbəs yerə elmsiz adamı meyvəsiz ağaca bənzətmirlər. Bəli, uşaq dünyaya göz açandan bəri hər əziyyətinə qatlaşan, üzərində “yarpaq kimi əsən” valideyn üçün dünyada ən gözəl hədiyyə övladının qazandığı uğurlardır. Təbii ki, uğurlu gələcəyin möhkəm təməli təhsildən asılıdır. Məhz buna görədir ki, övladının gələcəyini düşünən qayğıkeş ata və ana ona verəcəyi ən böyük hədiyyənin təhsil olduğunu düşünür. Çünki müasir dövrdə yalnız təhsilli, savadlı insan həyatda özünə mövqe tutur, gələcəyi haqqında planlar quraraq istəyinə çatmağı bacarır...

Muxtar respublikamızda hər il ali məktəblərə keçirilən qəbul imtahanlarından sonra yüzlərlə ailəyə bu sahədə qazanılan uğurlardan pay düşür. Builki qəbul imtahanlarında əldə olunan nəticələr Babək rayonunun Cəhri kəndində yaşayan Axundovlar ailəsinə də böyük qürur və sevinc hissi bəxş etdi. Ailənin kiçik övladı Abdulla Axundzadə imtahandan 674 bal toplamaqla bacısı Aytac kimi valideynlərinin ümidlərini doğrultdu.
Onun barəsində qısaca məlumat verərək deyim ki, Abdulla Axundzadə 2002-ci il mayın 10-da Babək rayonunun Cəhri kəndində ziyalı ailəsində dünyaya göz açıb. Anası Hədiyyə xanım yaşadıqları kənddə fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işlədiyi üçün hər iki övladının təhsili ilə daha yaxından maraqlanmaq imkanı olub. Abdulla məktəbdə oxuyarkən fəallığı ilə müəllimlərinin diqqətini çəkir, keçirilən bilik yarışlarında hazırcavablılıq nümayiş etdirərək müvəffəqiyyətlər qazanır. 2014-cü ildən Abdulla Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə təhsilini davam etdirir. Burada da öz istedadı, biliyi ilə şagird yoldaşları arasında fərqlənməyi bacarır. O, sınaq imtahanlarında yüksək bal toplayaraq müəllimlərinin onun gələcəyinə olan etimadını daha da artırır. Abdulla məktəbdaxili bilik yarışlarında və müsabiqələrdə də qalib adını qazanaraq diplom, fəxri fərman və qiymətli hədiyyələrə layiq görülür. O, fizika üzrə keçirilən fənn olimpiadalarında uğurla iştirak edərək 2018-ci ildə muxtar respublika ikincisi, 2019-cu ildə isə muxtar respublika birincisi və ölkə ikincisi olur. Heydər Əliyev adına tam orta məktəbi “Qızıl” medalla bitirən Abdulla Axundzadə ən böyük nəticəni isə 2018-2019-cu tədris ilində keçirilən qəbul imtahanlarında göstərir. Belə ki, I ixtisas qrupu üzrə keçirilən birinci imtahanda 658 balı qənaətbəxş hesab etməyən Abdulla ikincisində 674 bal toplamaqla təkcə valideyn və müəllimlərinin deyil, muxtar respublikanın fəxrinə çevrilib. O, Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub.

Ardını oxu...

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR