21 Yanvar 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri ­arasında keçirilən məktəblilərin dram müsabiqəsinin növbəti mərhələsi Təhsil Nazirliyinə birbaşa tabe müəssisələrin şagirdləri və məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvləri arasında ­keçirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Elektroenergetika ixtisasının tələbələrinin Almaniyada təlimi başa çatıb. Bu məqsədlə universitetdə təşkil edilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edib. Rektor bu cür təlimlərin tələbələrin gələcəkdə əsl peşəkar kadr kimi formalaşmasında rolundan danışıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində keçirilən müşavirədə rektor, dosent Elbrus İsayev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 1999-cu ildən tibb təhsili sahəsində yeni mərhələnin əsası qoyulub. Vurğulanıb ki, 2019-cu ilin iyun ayında fakültənin müasir tibbi avadanlıqlarla təchiz edilmiş yeni tədris kompleksinin istifadəyə verilməsi bu sahədə aparılan inkişaf strategiyasına ən bariz nümunədir. Rektor bildirib ki, artıq 20 illiyi qeyd edilən fakültədə ali tibb təhsilinin keyfiyyətinin yüksəldilməsi, tədris və istehsalat bazalarının daha da işlək vəziyyətə gətirilməsi, yeni layihələrin, tibbi kadrların hazırlanması sahəsində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi əsas prioritetlərdən biri olmalıdır.

Ardını oxu...

Yaşadığımız dövr cəmiyyətin sürətli inkişafı və buna müvafiq olaraq yeni tələbatların yaranması ilə xarakterizə olunur. Elmi nailiyyətlərin və texnoloji yeniliklərin sürətlə insan həyatına tətbiq olunması sosial həyatın ən aparıcı sahəsi olan təhsilin qarşısında da mühüm tələblər qoyur. Bu baxımdan qabaqcıl təhsil üsulları ilə hazırlanan bacarıqlı kadrların həyatımıza yeni keyfiyyət dəyişiklikləri gətirməsi bir aksiom kimi artıq hər kəsin qəbul etdiyi reallıqdır. Ona görə də ali və orta ixtisas təhsili qarşısında qoyulmuş prioritetlər cəmiyyətimizdə öz aktuallığını qorumaqda, həmişə diqqət mərkəzində qalmaqdadır. Muxtar respublikamızda da ali və orta ixtisas təhsili ocaqlarının günün tələbləri səviyyəsində yenidən qurulması, ən müasir tədris avadanlıqlarının alınıb gətirilməsi kadr hazır­lığının səviyyəsinə öz təsirini göstərmiş, ali təhsil almaq üçün Naxçıvana üz tutan əcnəbi tələbələrin sayında ciddi artım olmuşdur.

Ardını oxu...

“Naxçıvan” Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbirdə rektor, dosent Nurlana Əliyeva giriş sözü ilə çıxış edərək kollektivə bayram təbriklərini çatdırıb.

Ardını oxu...

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR