22 Fevral 2020, Şənbə

Dünən memorandum imzalanmazdan əvvəl çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müqavilənin Naxçıvan Dövlət Universiteti ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını və elmi layihələrin həyata keçirilməsinə təkan verəcəyini bildirib.
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev qeyd edib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu aqrokimyəvi tədqiqatlar apararaq son nəticələrin tətbiqini istehsalata yönəldir. Bu nəticələr kənd təsərrüfatının müxtəlif sahələrində şoranlaşmaya və irriqasiya eroziyasına qarşı mübarizə yollarına, torpaqda münbitliyin bərpasına, gübrənin norma əsasında verilməsinə, nəticə etibarilə, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınmasına xidmət edir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənc­lərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun Ordubad rayon birinciliyi keçirilib.
Tədbiri Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev açıb.
Sonra Gənclər və İdman Nazirliyinin Gənc­lərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov çıxış edərək intellektual oyunun keçirilməsinin məqsədindən danışıb.
İntellektual oyunun keçirilməsində məqsəd Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, yeniyetmələrin intellektual səviyyələrini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtın səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. İntellektual oyunda 8 komanda iştirak edib. İki mərhələ və final qarşılaşmasından ibarət olan oyunun nəticəsinə əsasən, birinci yerə Əndəmic kənd tam orta məktəbinin “Dərya” komandası layiq görülüb. Digər iki pillədə Nüsnüs kənd tam orta məktəbinin “Qütb ulduzu” və Ordubad şəhər 3 nömrəli tam orta məktəbin “Olimp” komandaları qərarlaşıblar.
Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

 Ceyhun Məmmədov

Müstəqillik əldə etdikdən sonra inkişaf istiqamətləri müəyyənləşdirilən ölkəmizdə iqtisadiyyatın, sənayenin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafına ciddi diqqət yetirilməklə yanaşı, təhsilə də böyük qayğı ilə yanaşılır. Həyata keçirilən təhsil islahatları günümüzün aktual məsələlərindən olmaqla yeni pedaqoji və metodik ədəbiyyatların yaranmasını da şərtləndirməkdədir. Son illər bu sahədə alimlər tərəfindən elmi-metodik vəsaitlər, dərsliklər yazılmışdır və yazılmaqdadır.

Bu günlərdə çapdan çıxan və pedaqoji ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan “Didaktika” adlı dərs vəsaitini də müasir təhsil islahatının tələbləri baxımından uğurlu nəşr hesab etmək olar.
Professor Fərahim Sadıqovun və Əməkdar elm xadimi, professor Oruc Həsənlinin birgə ərsəyə gətirdikləri “Didaktika” adlı dərslik təlim və tərbiyənin mahiyyətinə uyğun olaraq, üç bölmə üzrə tərtib olunmuşdur. Birinci bölmədə “Pedaqoji elmin nəzəri metodoloji məsələləri”, ikinci bölmədə “Şəxsiyyətin formalaşdırılması məsələləri”, üçüncü bölmədə isə “Təlim və təhsilin ümumi məsələləri” elmi-nəzəri cəhətdən müasir baxışlara uyğun işlənmiş, təlim və tərbiyənin təcrübi istiqamətləri təqdim olunmuş təhlillərlə əsaslandırılmışdır.

Ardını oxu...

Mayın 21-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İntibahın şəfəqlərilə böyüyürük biz” mövzusunda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər müəssisələrin uşaqları arasında müsabiqəyə start verilib.
Müsabiqənin keçirilməsində məqsəd uşaqların Vətənə məhəbbət, milli dəyərlərə bağlılıq ruhunda tərbiyəsinin təbliğini gücləndirmək, uşaqlar arasında intellekt səviyyəsini yüksəltmək, onların malik olduqları bacarığı, istedadı üzə çıxarmaq, məktəbəqədər təhsil müəssisələrində digər uşaqlarla bərabər, sağlamlıq imkanları məhdud uşaqların fiziki və əqli inkişafına, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə və incəsənətin müxtəlif növlərindən istifadə etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaq, muxtar respublikanın son 20 ildə keçdiyi intibah yolunu uşaqlara mənimsətməkdir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Culfa rayonunda yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun rayon birinciliyi keçirilib.
Tədbiri Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli açıb. Sonra Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov, Culfa Rayon Təhsil Şöbəsinin əməkdaşı Ramazan Abuzərli çıxış edərək intellektual oyunun keçirilməsi məqsədindən danışıblar.
İntellektual oyunda 12 komanda iştirak edib. Üç mərhələ və final oyunundan ibarət olan intellekt nümayişində birinci yerə Əlincə kənd tam orta məktəbinin “Liderlər” komandası layiq görülüb. Digər iki pillədə isə Qazançı kənd tam orta məktəbinin “Qazançı” komandası və Culfa şəhər 3 nömrəli tam orta məktəbin “Əlincə” komandası qərarlaşıblar.
Yer tutmuş komandalar təşkilatçılar tərəfindən diplom, fəxri fərman, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Ceyhun Məmmədov

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR