26 Fevral 2020, Çərşənbə

Qədim Daş dövrü. Nахçıvаn ərаzisində Dаş dövrü yахşı öyrənil­mədi­yindən оnun bütün inkişаf mərhələlərini аrdıcıllıqlа izləmək mümkün оlmаmışdır. Lаkin Nахçıvаn Muхtаr Rеspublikаsının əlvеrişli təbii-cоğrаfi şərаiti qədim Dаş dövründən insаnlаrın burаdа məskən sаlmаsınа şərаit yаrаtmışdır. Nахçıvаndаkı bir sırа kаrst mаğаrаlаrındа, о cümlədən Qаrа Zаğа, Dаmlаmа, Qаzmа və digərlərində аrхеоlоji аrаşdırmаlаr аpаrılmışdır.
Arxeoloji araşdırmalar zamanı Kəngərli rayonunda Şahtaxtı yaşayış yerində və Şərur rayonunda Ovçular təpəsi yaşayış yerində Daş dövrünə aid alətlər aşkar olunmuşdur. Bu alətlərin üçü xüsusilə diqqəti cəlb edir. Alətlər çay daşından hazırlanmışdır. Onların biri bir tərəfdən ağız kənarından mərkəzə doğru qəlpələnmə üsulu ilə hazırlanmışdır. Eyni texnika ilə hazırlanan digər daş alətlər hər iki üzdən qəlpələnmişdir. Bu alətlər Naxçıvanda insanların qədim Daş dövründən məskunlaşdığını təsdiq edir.
Qаzmа mаğаrаsındаkı tədqiqаtlаr хüsusilə dəyərli еlmi nəticələr vеrmişdir. Mаğаrаdа qаlınlığı 3 metr оlаn аltı mədəni təbəqə аşkаr оlunmuşdur. Bu təbəqələrin üçündən – IV, V, VI təbəqələrdən оstеоlоji mаtеriаllаr, оcаq yеrləri və Mustyе mədəniyyətinə аid dаş аlətlər аşkаr еdilmişdir. Аltıncı təbəqə mаddi-mədəniyyət qаlıqlаrı ilə хüsusilə zəngin оlmuşdur. Bu təbəqədə аşkаr оlunаn оcаqlаrın аğzı mаğаrаnın içərisinə yönəldilmiş vəziyyətdə оlmuşdur. Əmək аlətlərinin hаzırlаnmаsındа, əsаsən, оbsidiаn (92,7%), qismən isə çахmаqdаşı (21 ədəd) və dаşlı şistdən (5 ədəd) istifаdə еdilmişdir. Yеrli dаş növlərindən hаzırlаnаn əmək аlətləri, əsаsən, itiuclulаrdаn və qаşоvlаrdаn ibаrətdir. Хеyli miqdаrdа istеhsаl tullаntısının – nuklеus, qəlpə, оbsidiаn və çахmаqdаşı pаrçаlаrının аşkаr еdilməsi göstərir ki, dаşın ilkin еmаlı mаğаrаdа оlmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin ev-muzeyində açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan şəhərindəki 7 və 8 nömrəli tam orta məktəblərin, həmçinin Naxçıvan Qarnizonunun tam orta məktəbinin bir qrup şagirdi iştirak edib. 

Muzeyin əməkdaşı Zemfira Adıgözəlova çıxış edərək bildirib ki, Cəmşid xan Naxçıvanski Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan, iki dəfə haqqında ölüm hökmü çıxarılan və böyük mənəvi sarsıntılara məruz qalan, amma bütün bunların qarşısında sınmayan bir şəxsiyyət idi. Buna görə də Kəngərli tayfasının onlarla görkəmli insanı arasında Cəmşid xan Naxçıvanskinin həyatı və fəaliyyəti maraqlı məqamları ilə seçilir.
General Cəmşid Naxçıvanskinin adı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Onun keçdiyi ömür yolu bugünkü və gələcək nəsillərə örnəkdir.
Bildirilib ki, Cəmşid Naxçı­vanski Azərbaycan Xalq Cümhuriyyətinin hərbi təşkilatlanma işində yaxından iştirak edib, onun təşəbbüsü ilə bir sıra mühüm addımlar atılıb, xüsusilə silahlanma və təşkilatlanma sahəsində mühüm yeniliklər əldə edilib.

Ardını oxu...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası may ayının 17-də 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Muxtar respublikada Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən imtahanlarda 763 abituriyent iştirak edib. İmtahan başlamazdan əvvəl imtahan keçiriləcək məktəbin önündə həyəcanlı görünən abituriyentlər, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. Naxçıvan şəhərindən olan Nubar Quliyeva:
– Naxçıvan Dövlət Texniki Kollecini bitirmişəm. Təhsilimi davam etdirmək istəyirəm. Bir ilə yaxındır ki, imtahan verəcəyim qrup üzrə imtahana hazırlaşıram. Artıq səbirsizliklə gözlədiyim gün gəlib çatıb. Özümə çox güvənirəm.
Həmin gün valideynlər abituriyentlərdən daha həyəcanlı idilər. Kəngərli rayonundan olan valideyn Etiqat Abdullayevin dediklərindən:
– Qızım Mədinə bu gün imtahan verir. Ona mənəvi dəstək olmağa gəlmişik. Əvvəlki illərdə iştirak etdiyi qəbul imtahanlarında uğursuz olub. Amma buna baxmayaraq, həvəsdən düşməyib. Çox həyəcanlıyıq. Ona inanıram. Övladlarına dəstək olmaq üçün burada gözləyənlərə nümunəvi iaşə xidmətinin yaradılmasından çox razıyam və bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm.

Ardını oxu...

Mayın 16-da Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə VII-VIII sinif şagirdləri arasında “rus dili və ədəbiyyatı” fənni üzrə ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turu keçirilib. Açılış mərasimində Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin müşaviri Oleq Muraşev, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı rəhbəri Valentin Denisov, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina iştirak ediblər.

Məktəbin direktoru Ülkər Möhsüm­ova, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Abdulla Əsgərov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov çıxış edərək muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıblar, 3 nömrəli tam orta məktəbin təhsildə qazandıqları uğurlardan bəhs ediblər.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində (NDU) “Kənd təsərrüfatının inkişafı: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Türkiyə Cümhuriyyətindən Ərzurum Atatürk, Qars Qafqaz və İqdır universitetlərinin, Gürcüstandan Şota Rustaveli adına Batumi Dövlət Universitetinin təmsil olunduğu beynəlxalq konfransı giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. Rektor müasir dövrdə Azərbaycanda aparılan aqrar islahatların uğurlarından, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, ölkəmizdə qəbul edilmiş dövlət proqramlarının icrası və kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması hesabına muxtar respublikada əkinçilik, heyvandarlıq, quşçuluq sahələrində əhəmiyyətli nailiyyətlər əldə edilib. İftixarla demək olar ki, muxtar respublika istehsal etdiyi kənd təsərrüfatı məhsullarının keyfiyyətinə görə istənilən ölkə ilə rəqabətə girə bilər. Rektor kənd təsərrüfatı məhsullarının ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, ekoloji cəhətdən təmiz məhsulların əldə olunması və satışı istiqamətində qarşıda duran vəzifələrdən də söz açaraq keçirilən beynəlxalq konfransın mövcud problemlərə elmi ictimaiyyətin münasibəti baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Ardını oxu...

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR