18 Yanvar 2019, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetində sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində elm və təhsil müəssisələri qarşısında duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirə ilə bağlı yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq müşavirədə elm və təhsil müəssisələrinin fəaliyyətini gücləndirmək məqsədilə mühüm tövsiyə və tapşırıqlar verildiyini bildirmişdir. Rektor vurğulamışdır ki, muxtar respublikada elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından, yaradılan şəraitdən Naxçıvan Dövlət Universiteti də yetərincə bəhrələnməkdədir.
Qeyd olunmuşdur ki, Ali Məclisin Sədri müşavirədə elm və təhsil sahəsində həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmək məqsədilə qarşıya mühüm vəzifələr qoymuşdur. 5000 nəfərlik tələbə kontingenti, 400-dən çox professor-müəllim heyətindən ibarət universitet kollektivi də Azərbaycanın gələcək tərəqqi və rifahını təmin edən, əsas strateji sahələrdən biri olan elmin, təhsilin inkişafı üçün var-qüvvəsi ilə çalışmalı, intellekt və potensialını əsirgəməməlidir.

Ardını oxu...

MUMEENA – Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi Layihəsinin əməkdaşları bu günlərdə Naxçıvan Dövlət Universitetində olmuşlar. Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov müasir dövrdə Avropa təhsil sisteminə inteqrasiya və ümumavropa ali təhsil məkanının formalaşdırılması məqsədilə Naxçıvan Dövlət Universitetində görülən işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu ali məktəb dünyanın tanınmış universitetləri ilə beynəlxalq əlaqələrə malik olmaqla yanaşı, Tempus proqramı çərçivəsində həyata keçirilən 5 layihənin də iştirakçısıdır. Tempus proqramının layihələrinə qoşulmaq təhsildə Avropa standartlarına dair təcrübənin bölüşülməsi, tədrisin səviyyəsinin artırılması, tələbələrin xaricdə təhsil almaları, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi məqsədi daşıyır.
Rektor qeyd etmişdir ki, bu layihələrdən universitetin Tibb fakültəsini əhatə edən və artıq yekunlaşmaqda olan Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi (MUMEENA) Layihəsi tibb sahəsində təcrübəli mütəxəssislərin hazırlanması baxımından əhəmiyyətli olmuşdur.

Ardını oxu...

Şahbuzlu təhsil işçilərinin də əsas hədəfi ölkəmizin parlaq gələcəyinə xidmət edəcək gənclər yetişdirməkdir

“...İlahi, bütün hərəkətlərimdə və mühakimələrimdə məni qane et. Yalnız bilikdə qane etmə.  Çünki istəyirəm,  “bilik acı” olum, ondan doymayım... Mənə biliklərimi genişləndirmək üçün elə qüvvə, iradə və qabiliyyət ver ki, ağlım səhvlərimi tapsın və onları dərk etsin...” 

Maymonid, “Həkimin gündəlik ibadəti”

“Təhsilsiz insan, cilasız aynaya bənzər, təhsilli isə öz azadlığını özü təmin edər” deyirlər. Yaxşı təhsil almış övlad yetişdirmək, o övladı hər hansı bir sahədə uğur qazanan biri kimi cəmiyyətin ən ali təbəqələrindən birində görmək hər bir valideynin ən böyük arzusudur. Təbii ki, dövrün və zamanın tələbləri hər bir gəncin təhsilinə öz müsbət və ya mənfi təsirini göstərir. Bu gün dünyada elə ölkələr var ki, orada yaxşı təhsil almaq üçün yaxşı maddi vəziyyət, bəzi ölkələr də var ki, yaxşı şərait tələb olunur. Elə ölkələr də var ki, uşaqlar maddi çətinliklər, yararsız infrastruktur üzündən məktəbə gedə bilmirlər. Bizdə isə vəziyyət əksinədir. Gündən-günə qüdrətlənən dövlətimiz elm, bilik arxasınca gedən hər bir uşaq və yeniyetmənin, eləcə də gəncin qarşılaşdığı hər bir çətinlikdə onun yanındadır. Uşaqların yaxşı təhsil ala bilmələri üçün geniş imkanlar mövcuddur.

Ardını oxu...

Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən yığıncaqda səsləndirilib

Dünən AMEA Naxçıvan Bölməsində sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən elm və təhsil müəssisələri qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə ilə bağlı yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müşavirədə elm və təhsil müəssisələri qarşısında qoyulan vəzifələrdən danışıb, verilən tövsiyə və tapşırıqların mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bölmə sədri qeyd edib ki, elm və təhsil müəssisələri üçün yaradılan şərait, xüsusilə muxtar respublikada elmin inkişafına göstərilən dövlət qayğısı elm adamlarının məsuliyyətini daha da artırır. Çünki elmin və təhsilin inkişafı bilavasitə dövlətin strateji maraqlarının təmin olunmasına xidmət edir. Müstəqil Azərbaycan dövləti gücləndikcə bu sahənin daha da inkişafının təmin olunması üçün ciddi addımlar atılır, islahatlar aparılır. Bu diqqət və qayğı Naxçıvan Muxtar Respublikasında xüsusilə nəzərə çarpır. AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları üçün yüksək iş şəraitinin yaradılması, bölmənin bütün elmi işçilərinin müasir kompüter avadanlıqları ilə təmin olunması, son günlərdə AMEA Naxçıvan Bölməsinin Elektron kitabxanasının istifadəyə verilməsi, elmi işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər dediklərimizə əyani sübutdur. İndi AMEA Naxçıvan Bölməsinin əməkdaşları Elektron kitabxananın resurslarından istifadə etməklə yanaşı, dünyanınn 30-a yaxın nüfuzlu kitabxanalarının elektron resursları ilə də tanış ola bilərlər.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 15 sentyabr – Bilik Günü münasibətilə yığıncaq keçirilmişdir. Tədbirdə universitetin yaranma tarixini və inkişaf yolunu əks etdirən film nümayiş etdirilmişdir. Bu il ali məktəbə yeni qədəm qoyan I kurs tələbələrinin iştirak etdiyi tədbirdə rektor, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxış edərək bildirmişdir ki, universitetin 108 hektarlıq ərazisində tikilən, əsaslı təmir olunaraq istifadəyə verilən tədris korpusları, Tələbə Sosial Xidmət Mərkəzi, Tələbə evi, idman meydançaları ölkədə və Naxçıvan Muxtar Respublikasında təhsilə, savadlı kadrların yetişməsinə göstərilən yüksək qayğının təzahürüdür. Rektor 2013-2014-cü tədris ilində universitetə qəbul olunmuş tələbələri təbrik etmiş, onlara yeni dərs ilində uğurlar arzulamışdır.
Sonra hüquqşünaslıq ixtisası üzrə 690 balla tələbə adını qazanmış Surə Qurbanova, müalicə işi ixtisasına qəbul olunmuş Tamam Seyidli, beynəlxalq münasibətlər ixtisasının I kurs tələbələri Rəhim Nəcəfov və İnci Rzayeva çıxışlarında inkişaf dinamikasına görə dünyanın nüfuzlu ali məktəbləri ilə rəqabətə girə biləcək bir təhsil ocağı olan Naxçıvan Dövlət Universitetinin tələbəsi adını qazandıqları üçün qürur duyduqlarını və burada tələbələrə yaradılan şəraitdən layiqincə istifadə edəcəklərini bildirmişlər.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3608482
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
68
72192
85622
131724
3608482

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter