13 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsində Şərur rayonunda aşkar edilmiş yeni yaşayış yerində aparılan kəşfiyyat xarakterli arxeoloji qazıntıların yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Bildirib ki, son illər muxtar respublika ərazisində aparılan belə tədqiqatlar özünün həcmi etibarilə bu qədim yurd yerinin tarixi ilə bağlı çoxlu həqiqətləri üzə çıxarıb. Gəmiqayada, I və II Kültəpədə, Qazma mağarasında, Oğlanqalada, Ovçular təpəsində, Xaraba Gilanda arxeoloqların tədqiqatları nəticəsində meydana çıxan maddi sübutlar ona görə qiymətlidir ki, bu dəlillər Naxçıvana qarşı əsassız iddialara tutarlı cavabdır. İkinci bir tərəfdən, muxtar respublika ərazisində aparılan arxeoloji tədqiqatlarda bir sıra xarici ölkələrin – Amerika Birləşmiş Ştatlarının, Fransanın, Suriyanın, Türkiyə Respublikasının arxeoloqlarının da iştirakı və onların bu qədim yurd yerinin tarixi ilə bağlı gəldikləri elmi nəticələrin xarici mətbuat səhifələrində dərc olunması indiyə qədər təhrif olunmuş həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Konfransda arxeoloji ekspedisiyanın rəhbərləri – AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin və Amerika Birləşmiş Ştatları Pensilvaniya Universitetinin dosenti Lauren Ristvetin apardıqları tədqiqatlar barədə məlumatları dinlənilmişdir.
Bildirilmişdir ki, kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində Şərur rayonunun Oğlanqala və Qızqala abidələri arasında yerləşən bu şəhər-dövlətin 487 hektar əraziyə malik olduğu müəyyən edilmişdir. İlkin nəticələrə görə, buradakı yaşayış sahəsi 13 hektardır. Şəhər-dövlətin mövcudluğu Eneolit dövründən başlayaraq orta əsrlərə qədərki bir dövrü əhatə edir. Ərazidəki mədəni təbəqənin qalınlığı 13-15 metrə çatır.
Konfransda Amerika Birləşmiş Ştatlarının Emori Universitetinin professoru Hillari Qopnik, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, dosent Səfər Aşurov, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacıfəxrəddin Səfərli çıxış etmişlər.
Qeyd olunmuşdur ki, muxtar respublikada belə ərazilərdə tədqiqatlar aparılması təkcə muxtar respublika və Azərbaycan üçün deyil, ümumilikdə, dünya arxeologiyası üçün xüsusi əhəmiyyət daşıyır.

Muxtar MƏMMƏDOV

Naxçıvan Dövlət Universitetində cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində dinamik sosial-iqtisadi inkişafa nail olunmuşdur. Bu sosial-iqtisadi inkişafdan universitetə də pay düşmüş, ali təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi, müasir tədris avadanlıqları, informasiya-kommunikasiya texnologiyaları vasitələri ilə təchiz olunması, təhsilin və tədrisin dünya standartları səviyyəsində qurulması, universitetin beynəlxalq əlaqələrinin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında elm və təhsilin inkişafı, savadlı, hərtərəfli dünyagörüşə malik mütəxəssislərin yetişdirilməsi məqsədilə təhsil ocaqlarında İKT-nin imkanlarından və inter­aktiv metodlardan istifadəyə üstünlük verilməsi, kompyuter biliklərinin və xarici dillərin tədrisinin diqqət mərkəzində saxlanılması kimi ali təhsil müəssisələri qarşısına qoyulan mühüm vəzifələrə toxunan rektor təhsilin və tədrisin məzmun və keyfiyyətcə daha yüksək səviyyədə qurulmasına nail olmaq məqsədilə görüləcək işlərdən də danışmışdır.

Ardını oxu...

Gənclərimizin biliyinin sınaq günündə məktəblərdə olduq, abituriyentlər və onların valideynlərindən təəssüratlarını öyrəndik. Heydər Əliyev adına Hərbi Liseyə imtahanın keçirildiyi Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin önündəyik. Müşahidələrimizə əsasən deyə bilərik ki, hər il liseyə qəbul olmaq istəyən gənclərin sayı artır. Gələcəkdə həyatını zabit kimi davam etdirmək istəyən gənclərlə söhbətimiz də maraqlı olur. Yusif Hacıyev deyir:
– Ən böyük arzum hərbçi olmaqdır. Bir azdan imtahan başlayacaq. İmtahana yaxşı hazırlaşmışam. Sualların əksəriyyətinə düzgün cavab verəcəyimə əminəm.
Bir az kənarda dayanan valideyn Əziz Məmmədova yaxınlaşırıq. Onun dediklərindən:
– Şərur rayonunun Danyeri kəndindən gəlmişik. Bir valideyn kimi çox həyəcanlı günlər yaşayıram. Bu yaxınlarda qızım Gülsadə III ixtisas qrupu üzrə imtahan verib. 400-dən yuxarı bal toplayıb. Çox sevincliyik. Bu gün isə oğlum Elşən liseyə imtahan verir. Bir valideyn kimi qürur duyaram ki, oğlum liseyə qəbul olunsun. Ona çox inanıram. Sınaqlarda 300-dən yuxarı bal toplayırdı. Şübhəm yoxdur ki, bu uğuru imtahanda da təkrarlayacaq.

Ardını oxu...

Günlərin birində məşhur sufi şeyxi Cüneyd Bağdadinin yanına gələn bir nəfər “Sufizm, təsəvvüf nədir?” soruşur. O isə “Allahdan qeyrisi ilə əlaqəni kəsmək və yalnız onu düşünməkdir” cavabını verir. Sufizm haqqında oxuduğum çoxsaylı kitablardan indiyə qədər çıxardığım əsas nəticələrdən biri bu idi ki, bu insanlar əksər hallarda, sadəcə, özləri ilə Allah arasındakı rabitənin qurulmasına çalışırlar. Bu yaxınlarda tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərlinin “Elm və təhsil” nəşriyyatında çapdan çıxan “Naxçıvanda sufiliklə bağlı mərkəzlər” kitabı ilə tanışlıqdan sonra indiyə qədər formalaşan fikirləri ciddi şəkildə redaktə etməli oldum. 

Sufizm təkcə dünya həyatından əl çəkərək hər şeyi axirət üçün etmək deyil, sufizm, əslində, dünyada etdiklərini belə, axirət üçün etməkdir, Allah üçün etməkdir. Elə məhz bu səbəbdəndir ki, sufizm heç də tarixin bütün dövrlərində dini cərəyan deyil, həm də dövlətçilik cərəyanı və yaxud ənənələri qoruyacaq gizli dövlətçilik institutu kimi fəaliyyət göstərmişdir. AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə çap olunan, elmi redaktoru AMEA-nın müxbir üzvü Məşədixanım Nemət, elmi məsləhətçiləri akademik İsmayıl Hacıyev və akademik İsa Həbibbəyli, rəyçiləri AMEA-nın müxbir üzvləri Vəli Əliyev və Hacı Qadir Qədirzadə olan monoqrafiyada orta əsr qaynaqları, ərazidə indiyədək gəlib çatan maddi-mədəniyyət nümunələri, epi­qrafik, toponimik və digər faktlar əsasında orta əsrlər zamanı Naxçıvan bölgəsində, həmçinin tarixi Naxçıvan ərazisində fəaliyyət göstərmiş sufiliklə bağlı mərkəzlərdən bəhs edilir. O mərkəzlər ki, tarixin bütün dövrlərində bu torpaqda qorunub saxlanılmış, bütün dünyaya türk-müsəlman varlığını nümayiş etdirmiş, əcdadlarımızın zəngin tarixindən xəbər vermişdir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan mətbu orqanlarından biri olan “İrs” jurnalının Baş redaktoru Musa Mərcanlı ilə görüş keçirilib. Görüşdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev jurnalın beynəlxalq əhəmiyyətindən danışıb, bölmə əməkdaşlarının, eləcə də hər bir elm adamının jurnalla əməkdaşlığının vacibliyini vurğulayıb. Akademik qeyd edib ki, bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan xalqının tarixinin, milli-mənəvi irsinin təbliğində “İrs” jurnalı özünəməxsus rol oynayır. Jurnalın elmi-kütləvi səviyyəsinin qorunmasında, nəfis tərtibatında Baş redaktor Musa Mərcanlının əməyi olduğunu vurğulayan bölmə sədri hazırda “İrs”in türk, rus, ingilis, yapon dilləri də daxil olmaqla, 12 dildə çap edilərək çoxsaylı oxucu kütləsinə təqdim olunduğunu deyib.
“İrs” jurnalının Baş redaktoru Musa Mərcanlı çıxış edərək Naxçıvanda, regionun əsas elm mərkəzi sayılan AMEA Naxçıvan Bölməsində olmaqdan məmnunluğunu ifadə edib. Naxçıvan tarixinin, mədəniyyətinin, folklorunun, təbii ehtiyatlarının öyrənilməsi istiqamətində bölmə əməkdaşları tərəfindən aparılan fundamental tədqiqatların maraq doğurduğunu qeyd edən Musa Mərcanlı tədqiqatla yanaşı, təbliğatın da mühüm şərt olduğunu diqqətə çatdırıb. Bu mənada “İrs”in Naxçıvanda fəaliyyət göstərən alimlərin və tədqiqatçıların apardıqları çoxillik tədqiqatların dünyaya çatdırılmasında maraqlı olduğunu deyib.
Sonra bölmə əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3266836
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
578
4027
4605
51482
3266836

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter