22 Sentyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Ordubad rayonunun ümumtəhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulmuşdur.
Rayon Təhsil Şöbəsi ilə Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi müsabiqənin yekun mərhələsində ən yaxşı inşa yazıları münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Üstüpü kənd tam orta məktəbinin VIII sinif şagirdi Gültən Əlisoyun inşa yazısı birinci, Aza kənd tam orta məktəbinin X sinif şagirdi Təzəgül Cəlilovanın və Azadkənd tam orta məktəbinin IX sinif şagirdi İnci Rzayevanın inşa yazıları ikinci, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Arzu İsmayılovanın, Dırnıs kənd tam orta məktəbinin XI sinif şagirdi Fatimə Yusiflinin və Kotam kənd tam orta məktəbinin IX sinif şagirdi Jalə İsmayılovanın inşa yazı işləri üçüncü yerlərə layiq görülmüşdür.

Xəbərlər şöbəsi

“Akademik Zərifə Əliyeva qayğıkeş ana, sahib olduğu dəyərlərlə ali milli ideallara sadiq olan Azərbaycan qadını və Azərbaycan elmini dünyada şöhrətləndirən görkəmli alimdir. Onun elmi tədqiqatları tibb elmi tarixində o səbəbdən fövqəladə əhəmiyyət kəsb edir ki, bu tədqiqatlar praktik əhəmiyyəti ilə minlərlə insanın sağlamlığının qorunmasına xidmət edib”. Bu fikirlər dünən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda keçirilən elmi konfransda səsləndirilib.
Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmış akademik Zərifə xanım Əliyevanın xalqımız və dünya elmi qarşısında mühüm xidmətlərinin nə qədər böyük olduğunu göstərir. Vurğulanıb ki, onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Ardını oxu...

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar Şərur rayonunda müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açaraq sözügedən müşavirədə qarşıya qoyulan vəzifələrdən danışıb. Qeyd olunub ki, yığıncağın keçirilməsində məqsəd qarşıya qoyulan vəzifələrin və verilən tapşırıqların qısa müddətdə keyfiyyətlə yerinə yetirilməsi yollarının müzakirəsi və konkret istiqamətlərin müəyyənləşdirilməsindən ibarətdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Ətraf mühitin mühafizəsi və əhalinin ekoloji təmiz ərzaq məhsulları ilə təminatı” mövzusunda keçirilən elmi konfransı universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq kənd təsərrüfatında ekoloji təmiz məhsul istehsalının stimullaşdırılmasının, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsinın, ixrac imkanlarının genişləndirilməsinin, Azərbaycanın zəngin təbii ehtiyatlarından səmərəli şəkildə istifadənin əhəmiyyətindən danışmışdır.
Rusiyanın Penza Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mazey Yuri Aleksandroviç çıxış edərək aqrar sahənin rəqabətə davamlılığında intensivləşmənin müstəsna rol oynadığını, ərzaq bazarındakı dəyişikliklərin artan əmtəəlik məhsulun satışı üçün mütərəqqi texnologiyalardan istifadə tələb etdiyini vurğulamışdır.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutundan verilən məlumata görə, 3 may 2013-cü il tarixdə ali təhsil ocağında xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Elmi konfransın aşağıdakı bölmələr üzrə təşkili nəzərdə tutulub:

1. Heydər Əliyev və müasir təhsil
2. Yeni pedaqoji texnologiyalarda pedaqogikanın rolu
3. Yeni pedaqoji texnologiyalarda psixologiyanın rolu
4. Təhsilin müasir tələbləri – fənn kurikulumları
5. Müasir təhsildə tərbiyə məsələləri
6. Fənlərin tədrisi texnologiyaları

Təqdim olunacaq və məcmuə şəklində nəşr ediləcək məruzə mətnləri 1-3 səhifə həcmində, A4 formatda 12 ölçülü hərflərlə Times New Roman şrifti ilə yazılaraq bir nüsxə çap və elektron variantlarla birlikdə 30 aprel 2013-cü il tarixədək Naxçıvan Müəllimlər İnstitutunun elmi hissəsinə təqdim edilməlidir. Bundan başqa, təqdim ediləcək məruzə mətnlərində Azərbaycan, rus və ingilis dillərində olmaqla açar sözlər, məruzə müəllifinin və ya müəlliflərinin elektron poçt ünvanı göstərilməlidir.
Qeyd edək ki, Naxçıvan Müəllimlər İnstitutunun akt zalında keçiriləcək respublika səviyyəli konfransda respublikanın ali və orta təhsil müəssisələrinin əməkdaşları iştirak edə bilərlər.
Əlavə məlumat əldə etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1, Naxçıvan Müəllimlər İnstitutu

Telefon: (036) 544-04-29
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3049962
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1154
4569
27194
101293
3049962

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter