23 Aprel 2019, Çərşənbə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Qafqaz Universitetinin əmək­daşlarından ibarət bir qrup heyət ENOTES TEMPUS proqramı çərçivəsində Naxçıvan Özəl Universitetində yaradılmış ECDL Mərkəzi ilə tanışlıq məqsədilə Naxçıvan Özəl Universitetində olmuşdur. Universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən yüksək qayğıdan danışmış, Naxçıvan Özəl Universitetinin keçdiyi inkişaf yolu, eləcə də genişlənməkdə olan beynəlxalq əlaqələri barədə məlumat vermişdir.
Qonaqlar adından Qafqaz Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Sənnur Əliyev çıxış edərək universitetlərarası əlaqələrin inkişafında tərəfdaşlığın əhəmiyyətindən, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışmışdır. Tədbirdə tələbə mübadiləsi və Naxçıvan Özəl Universiteti müəllimlərinin Qafqaz Universitetində ixtisasartırma kurslarında iştirakı məsələləri haqqında fikir mübadiləsi aparılmışdır.
Sonra qonaqlar Naxçıvan Özəl Universitetinin strukturunu, eləcə də beynəlxalq əlaqələrini əks etdirən təqdimata baxmış,  universitet ərazisini gəzərək ali məktəb üçün inşa edilən ayrı-ayrı korpuslarla tanış olmuşlar.

Nuray ƏSGƏROVA

Muxtar respublikamızda peşə təhsilinin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir, bu sahədə fəaliyyət göstərən tədris müəssisələrinin maddi-texniki bazası gücləndirilir. Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində də bacarıqlı mütəxəssislərin hazırlanmasına ciddi diqqət yetirilir. 2012-ci ildə məktəb üçün hərtərəfli tədris şəraitinə və maddi-texniki təchizata malik olan kompleksin istifadəyə verilməsi bu istiqamətdə görülən tədbirlərin miqyasını daha da genişləndirmişdir.

Bu gün Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində təhsil alan müdavimlərin bilik və praktik vərdişlərinin artırılması daim diqqət mərkəzində saxlanılır. Çünki təlimlərin səmərəli təşkili və müdavimlərin yüksək səviyyədə hazırlanması gələcəkdə baş verə biləcək yol-nəqliyyat hadisələrinin ilkin mərhələdə qarşısının alınması və avtonəqliyyat vasitələrindən düzgün istifadə baxımından əhəmiyyətlidir. Hazır­da məktəbdə yürüyüş təlimlərinin keçirilməsi üçün 8 ədəd avtomobil, minik və yük avtomobillərinin bazasında yığılmış 2 ədəd avtotrenajor vardır. Məktəbdə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrinin idarəetmə məsələləri üzrə təcrübi təlimlər keçirilir, kənd təsərrüfatı texnikalarından istifadə üzrə mütəxəssislər hazırlanır. Təlim kursu başa çatdıqdan sonra müdavimlər bilik, bacarıq və vərdişlərinin, eləcə də sürücü­lük hazırlıqlarının səviyyəsini müəyyən etmək üçün imtahan verirlər.
2013-cü ildə məktəb öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmuş, bu müddətdə 110 qrupda təhsilini başa vuran 3276 müdavimə şəhadətnamə verilmişdir. Məktəbi bitirən müdavimlərdən 240-ı qadınlar, 360-ı isə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilən gənclər olmuşdur.
Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbi peşəkar sürücülərin və ixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyətini 2014-cü ildə də davam etdirəcəkdir.

“Şərq qapısı”

Universitetə qəbula hazırlaşan abituriyentdən tutmuş ali təhsil müəssisəsində çalışan hər kəsi düşündürən suallardan biri də budur: distant təhsil nədir və təhsilin bu forması Azərbaycan təhsil məkanına necə tətbiq olunacaq? Əvvəlcə, distant təhsilin yeri və inkişaf tarixi haqqında məlumat vermək faydalı olar. Distant təhsillə bağlı internet üzərindən apardığım araşdırmalar 3 istiqaməti əhatə etmişdir: dünya təhsil məkanında distant təhsil; Azərbaycanda distant təhsilin yaranması və inkişaf tarixi, Naxçıvan Muxtar Respublikasında distant təhsilin tətbiqi imkanları. 

Dünya tarixində distant təhsil

Distant təhsil iki subyekti birləşdirir –  tələbə və onu dəstəkləyən təhsil müəssisəsini. Distant təhsil tarixən iki istiqamətdə həyata keçirilmişdir: məsafədən idarə olunmaqla birtərəfli və ikitərəfli. Birtərəfli təhsil öyrənənə təhsil verən tərəfindən məsafəli şəkildə mövzu ilə bağlı materialların çatdırılması yolu ilə həyata keçirilmişdir. İkitərəfli distant təhsil öyrədən və öyrənənin məsafəli şəkildə qarşılıqlı fikir mübadiləsi ilə həyata keçirilən təhsil forması kimi qəbul edilmişdir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində keçirilən elmi seminarda çıxış edən bölmənin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov Naxçıvan Muxtar Respublikasının fauna biomüxtəlifliyinin nadir növlərinin fototələlər vasitəsilə müşahidəsinin monitorinqi haqqında məlumat verib. Qeyd edilib ki, institut əməkdaşlarının apardıqları müşahidələr nəticəsində muxtar respublikanın müxtəlif ərazilərində bəbir, vaşaq, çöl pişiyi, bezoar, oxlu kirpi, muflon, çay samuru, dələ, porsuq, qulaqlı kirpi, xəzər uları, kəklik, qaban, canavar, çaqqal və tülkülərin yaşadığı qeydə alınıb, qurulmuş fototələlər vasitəsilə heyvanların və quşların şəkilləri və videogörüntüləri əldə olunub. Həmin görüntülər elektron lövhə vasitəsilə seminar iştirakçılarına nümayiş etdirilib. Vurğulanıb ki, muxtar respublikada ərazilərin təbii landşaftının qorunub saxlanılması, eyni zamanda əlverişli iqlim şəraiti burada müxtəlif nadir heyvan növlərinin yaşamasına imkan verir. Bu istiqamətdə aparılan işlər davam etdirilir.
Sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Elmi seminara yekun vuran AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikamızın zəngin fauna və florasının daha dərindən öyrənilməsi məqsədilə tədqiqatların genişləndirilməsinin vacibliyini vurğulayıb.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında  Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illiyinə həsr olunmuş hüquq olimpiadasının II turu keçirilib.
Naxçıvan Dövlət Universitetinin müvafiq auditoriyalarında keçirilən növbəti turda 36 tələbə iştirak edib. Bu turda da tələbələr 1 saat ərzində Azərbaycan Respublikası Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən hazırlanmış 4 variantda (A, B, C, D) 60 test tapşırığı üzrə biliklərini yoxlayıblar. Tələbələr arasında keçirilmiş hüquq olimpiadasının II turunun cavabları olimpiadanın münsiflər heyəti tərəfindən yoxlanılacaq. Bu turda ali və orta ixtisas təhsili müəssisələri üzrə ən yüksək bal toplamış ilk 3 tələbə qalib elan olunacaq.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında hüquq olimpiadasının I turu 23 noyabr 2013-cü il tarixdə keçirilib və bu turda 227 tələbə iştirak edib.

Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3883372
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
438
4106
4544
73763
3883372

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter