16 Fevral 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Müəllimlər İnstitutunda bu ali təhsil ocağının yaradılmasının 10-cu ildönümü qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimizin Naxçıvan şəhərindəki əzəmətli abidəsi önünə gül-çiçək dəstələri düzüb, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
İnstitutun binasında keçirilən tədbiri giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq məruzə edib.
Ali təhsil ocağının 10 illik fəaliyyəti, əldə olunan uğurlar və perspektivdə duran məsələlər haqqında danışan rektor qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılıb. 2003-cü il avqustun 26-da isə filial müstəqil instituta çevrilərək Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayıb. Ötən 10 ildə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti genişləndirilib, alitəhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edilib. Bu dövrdə institut ixtisaslı müəllim kadrları ilə təmin olunub, ali təhsil ocağının binası yenidən qurulub, burada lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb.

Ardını oxu...

Avqust ayının 25-də 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilib. Muxtar respublikada Naxçıvan şəhər 1, 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 1892 nəfər iştirak edib. Qeyd edək ki, imtahana 171 nəzarətçi-müəllim, 18 imtahan rəhbəri cəlb olunub.
Gənclərimizin biliyinin sınaq günündə məktəblərdə olduq, abituriyentlər və onların valideynlərindən təəssüratlarını öyrəndik. 14 nömrəli tam orta məktəbin qarşısındayıq. Ordubad rayonunun Vənənd kəndindən olan Elburus Əsgərov deyir:
– Bu gün qızım imtahan verəcək. Ona dəstək olmaq üçün bura gəlmişik. İmtahana yaxşı hazırlaşıb. Tibb bacısı olmaq istəyir. İmtahan bitənədək burada onu gözləyəcəyik.
İmtahana girməyə hazırlaşan Səməd Səmədov Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin IX sinfini bitirib. Deyir ki, imtahana gəlməmişdən əvvəl bir az həyəcanlı idi. İndi özünü yaxşı hiss edir. Səbirsizliklə sual kitabçasındakı sualları görmək istəyir.

Ardını oxu...

Haqqında söhbət açacağım gənc – Müşfiqə Əsgərova öz məqsədinə çatmaq üçün qətiyyətli addımlar atıb, heç bir zaman oxumaqdan, öyrənməkdən çəkinməyib, sonda uğur onun qapısını döyüb. 1996-cı il təvəllüdlü gəncimiz elm və bilik dünyasına ilk kövrək addımlarını Şərur şəhər 2 nömrəli tam orta məktəbdə atıb. Yaxşı oxumasına, davranışına, nizam-intizamına görə hər zaman müəllimlərin təqdirini qazanıb. Məktəbdə keçirilən hər bir test imtahanı onun üçün uğura doğru gedən yolda bir mərhələ rolunu oynayıb. Dəfələrlə diplom və fəxri fərmanlarla təltif edilib. Orta məktəbi fərqlənmə attestatı ilə bitirib, qazandığı bilikləri III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında sınayıb. Nəticə ürəkaçan olub. Müşfiqə bu imtahanlarda 690 ballıq yüksək göstərici ilə yaxınlarını, ona bu yolda işıq tutan, doğru yolu göstərən müəllimlərini sevindirib. Onun dediklərindən:
– Test vərəqini və sual kitabçasını qarşıma qoyanda bir anlıq düşündüm və belə qərara gəldim ki, üstündə dairələr olan bu vərəq, yuxusuz gecələrimi sınağa çəkən bu kitabça mənim üçün həyatımın ən gözəl mərhələlərindən birinin, daha dəqiqi, tələbəlik illərinin biletidir. Sadəcə, o biletin üzərində adımı yazdırmağım lazımdır. Onun üçün də çox məsuliyyətlə işə başladım və imtahan müddətində bir anlıq da olsa, heç bir şey haqda düşünmədim. Sualları bir-bir cavablandırdıqca elə bilirdim ki, xoş, parlaq gələcəyin qapıları mənim üçün açılır. Beləliklə, bəlkə də, həyatımın ən böyük sınağı başa çatanda üzərimdən ağır bir yükün götürüldüyünü hiss etdim. Zarafat deyildi, bizim üçün ən yaxşı təhsil şəraiti yaradanların, valideynlərimin, ən əsası isə müəllimlərimin qarşısında məsuliyyət daşıyırdım və açığını deyim ki, yaxşı nəticə göstərməkdən başqa alternativ variant yox idi. Nəticələrim uğurlu oldu və mən Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının hüquq ixtisasını seçdim. Azərbaycan bu gün çiçəklənən, günbəgün inkişaf edən hüquqi dövlətdir və bu ölkədə hüquqşünas kimi insanlara xidmət etmək şərəfli işdir...

Səbuhi HÜSEYNOV

Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılmışdır. 2003-cü il avqustun 26-da isə filial müstəqil instituta çevrilərək Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır.
Ötən 10 ildə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti genişləndirilmiş, alitəhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edilmişdir. Bu dövrdə institut ixtisaslı müəllim kadrları ilə təmin edilmiş, ali təhsil ocağının binası yenidən qurulmuş, lazımi tədris şəraiti yaradılmış, maddi-texniki bazası gücləndirilmiş, yeni ixtisaslar açılmışdır. 2003-cü ilə qədər Naxçıvan Müəllimlər İnstitutunda “İbtidai təhsilin pedaqogikası və metodikası” və “Məktəbəqədər tərbiyənin pedaqogikası və metodikası” ixtisaslarında təhsil verilirdisə, bu gün “Pedaqogika və psixologiya”, “Defektologiya”, “Təsviri incəsənət, rəsmxət və əmək təlimi”, “İbtidai sinif müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə”, “Təhsildə sosial psixoloji xidmət” ixtisasları üzrə bakalavr, “İbtidai təhsilin pedaqogikası və metodikası” və “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasları üzrə isə magistr kadrları hazırlanır.

Ardını oxu...

Blokada şəraitində yaşayan və buna baxmayaraq, sürətlə inkişaf edən muxtar respublikamızın təhsil ocaqlarının göstəriciləri ölkə miqyasında seçilməkdə, ali məktəblərə qəbulun səviyyəsi ilbəil artmaqdadır. Nailiyyətlərin təməlində isə, heç şübhəsiz ki, təhsilə göstərilən dövlət qayğısı, təhsil ocaqları üçün yeni-yeni binaların inşa olunması, məktəblərimizin maddi-texniki bazasının gücləndirilməsi, bu işdə böyük fədakarlıq göstərən müəllimlərimizin əməyinin layiqincə qiymətləndirilməsi dayanır. Builki qəbul imtahanlarında muxtar respublikamızdan 312 abituriyent 500-700 intervalında bal toplayıb. Onlardan biri də Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin məzunu Surə Qurban­ovadır. 

O, III ixtisas qrupu üzrə 690 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin hüquq ixtisasına qəbul olunub. Bu istedadlı gənclə görüşdük və onunla qəbul imtahanında qazandığı uğurun sevincini bölüşdük:

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3698825
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1076
2209
14723
39917
3698825

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter