14 Noyabr 2019, Cümə axşamı

Hər il olduğu kimi, builki qəbul imtahanlarında da yüksək nəticə göstərən gənclərimiz çoxluq təşkil edir. Onlardan ikisini sizinlə tanış etmək istərdim: Bənövşə Qasımova 667 balla Naxçıvan Dövlət Universitetinə qəbul olunub; digəri – Nurlanə İbrahimli isə 657 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “müalicə işi” ixtisasının tələbəsi adını qazanıb.
Bənövşə QASIMOVA: – 1996-cı ildə Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşam. Bu il Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbi “Qızıl” medalla bitirmişəm. Qardaşımla uşaqlıqdan ən böyük arzumuz həkim olmaq olub. Arzumuza çatmaq üçün var gücümüzlə çalışdıq. Nəticədə, ikimiz də Naxçıvan Dövlət Universitetinin “müalicə işi” ixtisasına qəbul olunduq. Ailəmizin sevincinin həddi-hüdudu yoxdur. Onu da deməyi özümə borc bilirəm ki, məzunu olduğum tam orta məktəbdə yaradılan şərait uğur qazanmağımın başlıca səbəblərindən biridir. Ümumilikdə isə muxtar respublikamızda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla təmin edilməsi şagirdləri daha yaxşı oxumağa həvəsləndirir. İndi bir arzum da var: tələbəsi olduğum ali məktəbdə mükəmməl təhsil alıb, yaxşı həkim kimi ən şirin nemət olan cansağlığının keşikçisi olmaq, insanların xidmətində durmaq.

Ardını oxu...

Haqqında söhbət açacağım Fatimə Əliyeva öz məqsədinə çatmaq üçün heç bir zaman oxumaqdan, öyrənməkdən çəkinməyib, sonda uğur onun qapısını döyüb. O, 1998-ci ildə Babək rayonunun Bulqan kəndində ziyalı ailəsində anadan olub. Fatimə elm və bilik dünyasına ilk kövrək addımlarını Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə atıb. Yaxşı oxumasına, davranışına, nizam-intizamına görə müəllimlərin təqdirini qazanıb. Məktəbdə keçirilən hər bir test imtahanı onun üçün uğura doğru gedən yolda bir mərhələ rolunu oynayıb. Dəfələrlə diplom və fəxri fərmanlarla təltif edilib. Orta məktəbi yüksək nəticələrlə bitirib, qazandığı bilikləri 3-cü ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında sınayıb. Nəticə ürəkaçan olub. Fatimə bu imtahanda 626 ballıq yüksək göstəri­ci ilə yaxınlarını, ona bu yolda işıq tutan, doğru yolu göstərən müəl­limlə­ri­ni sevindirib. Onun dediklərindən:

Ardını oxu...

Qəzetimizin ötən sayında yüksək bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunan gənclərimizi oxucularımızla tanış etdik. Bu dəfə isə gələcəyin hüquqşünasları haqqında məlumat verəcəyik. Həmin gənclər builki qəbul imtahanında yüksək bal toplayaraq Naxçıvan Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisasına qəbul olunublar. Həmin gəncləri redaksiyamıza dəvət etdik, təəssüratlarını öyrəndik.

Ardını oxu...

Sağlam cəmiyyətdə sağlam övladlar yetişir. Bugünkü gəncliyin xoşbəxtliyi ondadır ki, onlar məhz belə bir cəmiyyətdə böyüyür, formalaşır, təhsil alırlar. Bir neçə ildir ki, ali və orta ixtisas təhsili müəssisələrinə test üsulu ilə keçirilən qəbul imtahanları özünün yüksək səmərəsini verir. Belə ki, gənclərimiz bu şəraitdə onlara göstərilən etimadı doğrultmağa çalışır və buna nail olurlar. Savadlı, bilikli və intellektli gənclərə ali məktəblərin qapıları açıqdır. Bu il də qəbul imtahanları şəffaf və obyektiv şəkildə aparılıb, məzunların məktəblərdə qazandıqları bilik özünün müsbət nəticəsini göstərib. Budur, uğur qazanan dörd gəncin tərcümeyi-halı və təhsildə qazandıqları uğurlar. Onları sizinlə tanış etmək istəyirəm. Öncə bir məqamı qeyd edim ki, bu gəncləri birləşdirən bir neçə ortaq cəhət var. Culfa rayonundan olan bu dörd gəncin hər biri builki qəbul imtahanında 672 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “müalicə işi” ixtisasına qəbul olunub. Həmin gənclərlə həmsöhbət oldum, təəssüratlarını öyrəndim.

Süleyman ƏLƏKBƏROV: – Mən 1997-ci ildə Culfa şəhərində anadan olmuşam. Culfa şəhər 3 nömrəli tam orta məktəbi “Qızıl” medalla bitirmişəm. Tələbə adını qazanmaq hər bir insanın arzusudur. Amma mən ən çox ona görə sevinirəm ki, arzuladığım ixtisasa qəbul olunmuşam. Çəkdiyim zəhmət hədər getmədi. Ali məktəb auditoriyasına qədəm qoyacaq bir tələbə kimi onu da yaxşı dərk edirəm ki, üzərimə böyük məsuliyyət düşür. Çünki biz – bugünkü tələbələr ölkəmizin sabahına cavabdeh olan mütəxəssislər olmalıyıq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün hərtərəfli biliyə malik kadrlar kimi yetişməliyik. Ulu öndər Heydər Əliyevin bizə əmanəti olan müstəqil dövlətimizi qorumaq və Vətəninə layiqli övlad olmaq hər bir azərbaycanlı gəncin müqəddəs vəzifəsi olmalıdır.


Ardını oxu...

Dünən Naxçıvan Dövlət Texniki Kollecində Boloniya təhsil sisteminə uyğun orta ixtisas təhsili müəssisələrində kredit sisteminə keçidlə əlaqədar seminar keçirilib. Seminarı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məhəmməd Qəribov açıb. Bildirilib ki, son dövrlərdə ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısı nəticəsində təhsildə dünya standartlarına uyğun yeni metod və qaydaların tətbiqi uğurla icra olunur. Bu metodlardan biri də Boloniya təhsil sisteminə uyğun ali və orta ixtisas təhsili müəssisələrində yeni kredit sisteminin tətbiq olunmasıdır. Qeyd olunub ki, muxtar respublikada təhsil müəssisələrinin hərtərəfli inkişafı bu yeni metodların da tətbiqində mühüm rol oynayacaq.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR