18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən “Tusi” nəşriyyatında dərc olunan “Xəbərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görmüşdür.
Tanınmış alim və ziyalılarımızın müxtəlif sahələrdə apardıqları araşdırmalar, əldə etdikləri elmi nəticələr, topladıqları materiallar əsasında hazırladıqları elmi məqalələr məcmuəsi “Xəbərlər” jurnalının 306 səhifədən ibarət növbəti 30-cu sayı ictimai və humanitar elmlər seriyasına həsr edilmişdir.
Jurnalın Tarix, Arxeologiya və Etnoqrafiya, Azərbaycan dili, Folklor və Ədəbiyyat, İncəsənət, İqtisadiyyat bölmələrində 42 müəllifin 40-a yaxın elmi məqaləsi dərc olunmuşdur.
Elmi məcmuədə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacıfəxrəddin Səfərlinin, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, həmin institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin və digər elm adamlarının “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Məmməd Səid Ordubadinin şeir yaradıcılığı: dövrandan şikayətdən milli istiqlala”, “Araz vadisi ilkin şəhərin yarandığı mərkəzlərdən biri kimi”, “Ermənistan-Azərbaycan münaqişəsinin yaxın gələcəyi (təhlil və mülahizələr)”, “Mövlana və Əkmələddin Naxçıvani”, “Naxçıvanda qədim Hürrü boyları və onların dili (Naxçıvan oykonimləri əsasında)”, “Naxçıvan rəssamlarının portret yaradıcılığı (1950-1990)”, “Naxçıvanda teatrın formalaşması və inkişafında yerli ziyalıların rolu (1905-ci ilədək), “Naxçıvan Muxtar Respublikasının xarici ticarəti” və müxtəlif mövzularda yazdıqları orijinal elmi məqalələri toplanılmışdır.
Qaynaqlara və müxtəlif dövrlərdə yaşamış müəlliflərin əsərlərinə istinad edilməklə çap olunmuş elmi məqalələrin rus və ingilis dillərində xülasələri verilmiş, ədəbiyyat siyahısı kodlaşdırılmışdır.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Naxçıvan Muxtar Respublikasında 2013-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rauf Hüseynov açaraq ulu öndərin zəngin dövlətçi­lik fəaliyyətindən danışmışdır. Bildirilmişdir ki, xalqımızın böyük oğlu Heydər Əliyev həyatının bütün mərhələlərində Vətən və xalq üçün çalışmış, ömrünü bu yolda şam kimi əritmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan tarixinin 40 ilə yaxın bir müddəti əhatə edən son dövrü bila­vasitə onun adı ilə bağlıdır. Bu mərhələdəki bütün uğurlarımızın, siyasi, iqtisadi, sosial-mədəni tərəqqimizin rəhbəri, ilhamvericisi, təminatçısı məhz dahi rəhbər Heydər Əliyevdir.
Sonra mərkəzin dərnək rəhbəri Leyla Mürsəlova çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü mədəniyyətimizin tarixində yeni intibah dövrü kimi qiymətləndirmişdir. Vurğulanmışdır ki, klassik Azərbaycan ədəbiyyatı, incəsənəti, çoxəsrlik tariximiz məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə onun bilavasitə dəstəyi, himayədarlığı, gərgin səyləri nəticəsində bütün dünyada tanınmış, kino, teatr, balet, təsviri incəsənət əsərlərimiz sərhədləri aşmışdır.
Tədbirdə “Gənc Heydərçilər” dərnəyinin üzvləri ulu öndərimizə həsr olunmuş şeirləri bədii qiraət etmişlər.
Sonra mərkəzin Texniki yaradıcılıq və Bədii şöbələrinin “Bacarıqlı əllər”, “Bədii tikmə”, “Toxuma” və “Dekorativ tətbiqi sənət” dərnəklərinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış olmuşdur. 

Firəngiz HÜSEYNBƏYLİ

АMЕА Nахçıvаn Bölməsinin Biоrеsurslаr İnstitutunun Tоrpаq еhtiyаtlаrı lаbоrаtоriyаsının rəhbəri, kənd təsərrüfаtı üzrə fəlsəfə doktoru, dоsеnt Sаhib Hаcıyеvin və Dənli, taxıl və paxlalı bitkilər lаbоrаtоriyаsının rəhbəri, kənd təsərrüfаtı üzrə fəlsəfə doktoru, dоsеnt Rəşadət Əmirovun həmmüəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının müasir torpaq xəritəsinin əkinçilik sistemində rolu” adlı monoqrafiya bu günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görüb.

Akademik Qərib Məmmədovun elmi redaktorluğu ilə nəşr edilən monoqrafiyada Naxçıvan Muxtar Respublikasında müasir torpaq xəritəsinin əkinçilik sistemində rolu haqqında məlumatlar verilir. Səkkiz il müddətində müəlliflər tərəfindən müxtəlif ərazidə aparılmış genişmiqyaslı torpaq tədqiqatları Naxçıvan Muxtar Respublikasının müasir üsulla torpaq xəritəsinin tərtib edilməsinə şərait yaratmışdır. Mono­qrafiyada əksini tapan həmin xəritədə torpaqların tipi, yarımtipi, növ müxtəliflikləri göstərilmiş, gələcəkdə Naxçıvan Muxtar Respublikasında torpaqlardan daha səmərəli istifadə etmək imkanları əks olunmuşdur.
Monoqrafiyadakı “Naxçıvan Muxtar Respublikasında relyef şəraiti nəzərə alınmaqla torpaq xəritəsinin tərtibi üçün müəyyən olunan vəzifələr”, “Naxçıvan Muxtar Respublikasında torpaqların coğrafi yayılması”, “Naxçıvan Muxtar Respublikasının relyefin plastikası üsulu ilə yeni torpaq xəritəsinin tərtibi”, “Naxçıvan Muxtar Respublikası torpaqlarının qiymətləndirilməsi (bonitirovkası) və aqroistehsalat qruplaşdırılması”, “Naxçıvan Muxtar Respublikasında torpaq münbitliyinin artırılması üçün aparılan tədbirlər” adlı başlıqlarda aparılan tədqiqatlardan alınmış nəticələr ümumiləşdirilərək Naxçıvan Muxtar Respublikasında torpaq münbitliyinin qorunması, bərpası və səmərəli istifadə olunmasına dair ətraflı məlumatlar işıqlandırılmışdır.
178 səhifəlik yeni nəşrin sonunda tədqiqat işinin nəticələri təhlil olunaraq muxtar respublika şəraitində torpaqlardan səmərəli istifadə olunması və torpaq münbitliyinin artırılması üçün tədbirlər müəyyənləşdirilmiş, bir neçə təklif və tövsiyələr verilmişdir.
Qeyd edək ki, yeni tərtib olunmuş torpaq xəritəsi muxtar respublikanın uyğun kənd təsərrüfatı müəssisələrində çalışan mütəxəssislər və ali məktəblərin kənd təsərrüfatı, coğrafiya, biologiya, iqtisadiyyat ixtisaslarının tələbələri üçün dəyərli vəsaitdir.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Göstərilən dövlət qayğısı sayəsində son vaxtlar Naxçıvan Dövlət Universitetinin ölkədə və beynəlxalq aləmdə nüfuzunun artması Böyük Britaniyanın dünyada məşhur olan Kembric Universitetinin  də diqqətini cəlb etmişdir. Beynəlxalq miqyasda böyük imicə malik olan Kembric Universiteti hər il müstəqil olaraq apardığı seçim əsasında Naxçıvan Dövlət Universitetini özünün dostları olan universitetlər sırasına daxil etmişdir. Ənənəyə uyğun olaraq, Kembric Universitetinin dostluq və əməkdaşlıq üçün seçdiyi ali məktəblər haqqında “Mükəmməlliyə bələdçi. Qlobal təhsil və imkanlar” seriyasından olan bələdçi kitabında bu dəfə Naxçıvan Dövlət Universitetinə yer ayrılmışdır.

Bu yaxınlarda qabaqcıl təhsil müəssisələri və onların əldə etdiyi uğurları, həmçinin bu ali məktəblərin elmi imkanları haqqında məlumatları əks etdirən İngiltərənin Kembric Universitetinin illik nəşri olan “Mükəmməlliyə bələdçi. Qlobal təhsil və imkanlar” seriyasının 2013-cü ilə aid növbəti sayı çap olunmuşdur. Kitabda Böyük Britaniya, Rusiya, Türkiyə, Çin, Kanada, Almaniya, Pakistan, İsveç, Küveyt, Hollandiya, Malayziya, Tailand, İspaniya, İtaliya, Danimarka, Qazaxıstan, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və dünyanın başqa aparıcı təhsil ölkələri də daxil olmaqla, 44 ölkədən 183 təhsil müəssisəsi sırasında Azərbaycanın ən mühüm akademik, iqtisadi və mədəni regionlarından birinin əsas elm və ali təhsil mərkəzi olan Naxçıvan Dövlət Universiteti, onun əldə etdiyi uğurlar haqqında məqalə verilmiş, nəşrə Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin müsahibəsi daxil edilmişdir.

Ardını oxu...

Mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə qarşıya qoyulan tapşırıqların müzakirəsi, bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Ordubad rayonunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Elşad Əliyev açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə muxtar respublika rəhbəri tərəfindən qarşıya qoyulan vəzifələrdən danışıb. O deyib ki, sözügedən müşavirədə yetişməkdə olan gənclərin fiziki sağlamlığının təmin olunması məqsədilə ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman dərslərinin təşkilinin ciddi nəzarətə götürülməsi qarşıya vəzifə kimi qoyulub. Bundan başqa, şəhər və rayon İcra hakimiyyətlərinə bununla bağlı fəaliyyətlərini gücləndirməsi, Təhsil şöbələri ilə birlikdə istər ümumtəhsil, istərsə də Uşaq- Gənclər Şahmat və İdman məktəblərində tədrisin vəziyyəti ilə ciddi maraqlanılması tapşırılıb. Müşavirədə qeyd edilib ki, şəhər və rayon İcra hakimiyyətləri qısa müddətdə idman federasiyalarının şəhər və rayon şöbələrinin yaradılmasına nail olmalı, rayon İcra hakimiyyətlərinin başçıları idman federasiyalarının rayonlarda yaradılan şöbələrindən birinə rəhbərlik etməli, idmanın kütləviliyi, müxtəlif idman yarışlarının təşkili və keçirilməsi təmin edilməli, gənc idmançıların hazırlanmasına, yerlərdəki idman qurğu və obyektlərindən, eləcə də olimpiya idman komplekslərindən istifadəyə, bununla yanaşı, onların qorunub-saxlanılmasına da diqqət artırılmalıdır. Yığıncağın keçirilməsində məqsəd qarşıya qoyulan vəzifələrin və verilən tapşırıqların qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsi yollarının müzakirəsi və konkret istiqamətlərin müəyyənləşdirilməsidir.
Qeyd edilib ki, uşaqlarla məktəbdənkənar bədən tərbiyəsi və idman tədbirlərinin aparılması, o cümlədən uşaq və gənclərin asudə vaxtlarında bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi məqsədilə əlaqədar qurumlarla birlikdə konkret addımların atılmasına başlanılıb. Bundan başqa, rayon Təhsil Şöbəsi məktəblərdə yay-idman məşğələlərinin təşkil olunması, təhsil müəssisələrində idman zal və qurğularından səmərəli istifadə edilməsi, bədən tərbiyəsi və idman sahəsində pedaqoji fəaliyyətə müvafiq ixtisas təhsili olanları cəlb etmək üçün müvafiq işlər görməli, bütün təhsil müəssisələrində bədən tərbiyəsinin tədrisinə nəzarət gücləndirilməlidir.
Sonra məruzə ətrafında rayon Təhsil Şöbəsinin müdiri İlqar Həsənovun, Gənclər və İdman İdarəsinin rəisi Rafiq Bayramovun, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Elşən Əliyevin, Şahmat Məktəbinin direktoru İsrafil Məmmədovun çıxışları olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3285693
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
541
3637
23462
70339
3285693

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter