19 Oktyabr 2019, Şənbə

İyunun 29-da Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasından məzun olan əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib.
Naxçıvan Muxtar Respublikasında imtahan 14 nömrəli tam orta məktəbdə təşkil edilib. İmtahanların keçirilməsi üçün 41 otaq ayrılıb. TQDK-nın Naxçıvan Muxtar Respublikası üzrə Regional Bölməsinin rəhbəri Sabir Məmmədovun verdiyi məlumata görə, orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərlə yanaşı, eksternat qaydada təhsil sənədi almaq istəyənlər də imtahan veriblər. İmtahanlarda iştirak etmək üçün, ümumilikdə, 908 nəfər müraciət edib.
İmtahanın keçirilməsinə 3 nəfər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından, 5 nəfər isə komissiyanın Naxçıvandakı regional bölməsindən olmaqla, ümumilikdə, 8 imtahan rəhbəri cəlb edilib. 77 imtahan nəzarətçisinin hamısı muxtar respublikanı təmsil edib. TQDK-nın Naxçıvan Muxtar Respublikası üzrə Regional Bölməsinin üç nəfər əməkdaşı isə imtahana ümumi rəhbərliyi həyata keçirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, biomüxtəlifliyi ilə seçilən əlverişli təbiəti, relyef quruluşu, müxtəlif və məhsuldar torpaq örtüyü bu ərazidə qədim zamanlardan insanlar tərəfindən bir sıra təsərrüfat sahələrinin meydana gəlməsinə və inkişafına səbəb olmuşdur. Bu təsərrüfat sahələrindən biri də xalqımızın məişət həyatında əsas yerlərdən birini tutmuş arıçılıqdır.
Arıçılıq hal-hazırda təkcə insan üçün bal verən bir təsərrüfat sahəsi deyildir. Elmin və təbabətin inkişafı arıların bir sıra tibbi və təsərrüfat əhəmiyyətli məhsullar hazırladığını müəyyən etmiş və arıçılıq farmakologiya sənayesini xammalla təmin edən bir sahəyə çevrilmişdir. Təbiətin möcüzəsi olan bu kiçik varlıqlar bal, mum, güləm, arı südü, arı zəhəri kimi çox dəyərli məhsullar hazırlamaqla yanaşı, entomofil bitkiləri tozlandırmaqla da məhsuldarlığın artmasında mühüm rola malikdirlər. Bu baxımdan arıçılığın inkişafı diqqət mərkəzindədir və Naxçıvanda arıçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılmış, yerli şəraitdə arı ailələrinin və onlardan əldə olunan əmtəəlik məhsulların miqdarı artaraq bütün dövrlərlə müqayisədə ən yüksək həddə çatdırılmışdır.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrinin rəhbərləri, metodistləri, tərbiyəçi-müəllimləri üçün təşkil olunmuş 10 günlük ixtisas­artırma kursu başa çatmışdır. Kurs iştirakçılarına sertifikatların verilməsi münasibətilə keçirilən tədbiri institutun rektoru, professor Oruc Həsənli açmışdır. Bildirilmişdir ki, bu gün Azərbaycan təhsil sistemində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət uğurla davam etdirilir. Bu təhsil sistemində məktəbəqədəryaşlı uşaqların orta təhsilə hazırlığı məsələləri də öz əksini tapmışdır.
Oruc Həsənli onu da vurğulamışdır ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının bütün bölgələri kimi, Gilançay vadisi də arxeoloji abidələrlə zəngindir. Gilançayın sağ və sol sahilindəki ərazilərdə olan  Tunc, Dəmir, Antik və orta əsrlər dövrünə aid abidələr maddi və mənəvi mədəniyyətimizin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Gilançay vadisindəki arxeoloji abidələr içərisində Plovdağın ətəyində olan Tunc dövrü yaşayış yerləri və nekropollar nəinki Azərbaycan, həmçinin dünya arxeologiyasında mühüm yeri olan unikal abidədir. Plovdağ yaşayış yerindəki tikili qalıqlarından, nekropollardakı kurqanaltı daş qutu və torpaqtipli qəbirlərdən əldə olunmuş arxeoloji materialları gözdən keçirərkən  hər bir  insan Tunc dövrünə ekskursiya edir, bu dövr haqqında müəyyən təsəvvürlərə sahib olur. 

Ardını oxu...

Milli sərvət – o təkcə ölkələrin sahib olduğu iqtisadi resurslar, təbii ehtiyatlar, geostrateji mövqe deyil; milli sərvət həm də bir millətin sahib olduğu milli və mənəvi dəyərlər, o millətin istedadlı nümayəndələri, ölkənin istedadlı vətəndaşlarıdır. Bunlar həm də elə sərvətlərdir ki, onlar olmadan bir millətə təbii sərvətlərin heç bir yararı yoxdur. Elə bu səbəbdəndir ki, dünyada çox az təbii sərvətə sahib olub, əhalisinin istedadı və əməksevərliyi nəticəsində yüksək rifah səviyyəsinə malik Yaponiya ilə yanaşı, sonsuz təbii sərvətlər sahibi olan, əhalisi çox aşağı səviyyədə yaşayan Hindistan kimi ölkələr də var. Deməli, ən böyük sərvət də, ən böyük kapital da insandır, o insanın istedadıdır. Millətlər o zaman inkişaf edir, milli təfəkkür o zaman iti zəkaya çevrilir ki, hər şey təbii sərvətlərin qorunmasına deyil, insanın qorunmasına yönəldilir. O insanın istedadı, bacarığı isə təbii resurslardan düzgün istifadə etməklə, bütövlükdə, ölkəni qoruyur; həm də gələcək milli sərvətin – uşaqların və gənclərin normal böyüməsini təmin edir. 

Ardını oxu...

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR