26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və daim qayğı ilə əhatə olunan təhsil sistemi bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda öz bəhrələrini verməkdədir. Son illər ən ucqar dağ kəndlərimizdəki müasir standartlara cavab verən məktəblərdən tutmuş şəhər məktəblərinədək hər birində ali məktəblərə qəbulun səviyyəsi ildən-ilə yüksəlir. Buna yeni tikilən və hərtərəfli şərait yaradılaraq istifadəyə verilən, maddi-texniki bazası gücləndirilən, savadlı müəllim kollektivlərinin çalışdığı məktəblərdə təlim-tərbiyə işinin düzgün təşkili nəticəsində nail olunub. Özünəməxsus təhsil ənənələrinə malik Şahbuz rayonunun builki məzunlarının uğurları da ürəkaçandır. Rayonun Şahbuz şəhər 1 nömrəli, Badamlı qəsəbə və Aşağı Qışlaq kənd tam orta məktəblərindən 7 məzun 600-700 intervalında bal toplayıb. Onlardan ən yüksək bal toplayanları tanıyaq.

Aşağı Qışlaq kənd tam orta məktəbinin ötən təhsil ilində 13 məzunu olub, onların 11-i ali məktəblərə sənəd qəbulunda iştirak edib. Qəbul imtahanlarında 8-i ali (onlardan 2-nin balı 600-dən yuxarıdır), 3-ü isə orta ixtisas məktəblərində təhsil almaq üçün müvafiq bal toplayıblar. Məktəbin məzunu Nailə ­Qoç­əliyeva qəbul imtahanlarının birinci mərhələsində III ixtisas qrupu üzrə 612 bal əldə etsə də, daha yüksək nəticə göstərmək arzusu abituriyentlərə verilən ikinci fürsətdə özünü doğruldub. O, 651 bal toplayaraq bütün ixtisas qrupları üzrə rayon birincisi olub, Naxçıvan Dövlət Universitetinin Xarici dil (ingilis dili müəllimliyi) ixtisasına qəbul olunub. Nailə ilə söhbətləşərkən o, bu barədə belə dedi: – İmtahan zamanı keçirdiyim həyəcanla əlaqədar ürəyimcə olan nəticə qazana bilmədim. Bu bal məni qane etmədiyi üçün may ayının 13-də keçirilən imtahanın birinci mərhələsindən iyulun 26-da keçirilən ikinci mərhələsinədək gecəni gündüzə qatıb imtahana daha ciddi hazırlaşdım. Bu isə topladığım balın artmasına səbəb oldu.

Ardını oxu...

Bakı Biznes Universiteti Avropa Birliyinin “Erasmus Plus” proqramının maliyyə dəstəyi ilə “Azərbaycan universitetlərində keyfiyyətə təminat mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsini uğurla həyata keçirməkdədir.

Layihə çərçivəsində Azərbaycan Respublikasının 11 universitetinin keyfiyyətə nəzarət mərkəzinin və Beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi bu günlərdə İsveçin Royal Texnologiya Universitetində və Uppsala Universitetində birhəftəlik təlimdə iştirak edib.

Ardını oxu...

  Hər il sentyabr ayı yurdumuza qədəm qoyduğu andan yeni tədris ilinə hazırlıq işləri görülər. Valideynlər övladları ilə birgə mağazalara üz tutar, onlara məktəbli geyimləri, dərs ləvazimatları alarlar. Məktəbə ilk dəfə gedəcək uşaqlar və onların valideynləri isə bu prosesi daha böyük həyəcanla yaşayarlar. Vaxt, vədə yetişər.­ Bilik Günü səhər erkəndən oyanan valideynlər övladlarını da ayağa qaldırar, onları səliqəli şəkildə geyindirər, əlindən yapışıb məktəbə tələsərlər. 

Həmin gün yolboyu uşaqların şən, şaqraq gülüşlərini, valideynlərin sevinc səslərini eşidən zaman öz uşaqlıq çağların yadına düşər. Sevincini gizlədə bilmərsən... Məktəbin həyətində əsl toy-bayram ab-havası hiss olunar. Direktor məktəblilərə xoş gəldin edər, uşaqlara yeni tədris ilində uğurlar arzulayar. Daha sonra ilk zəng çalınar, balacalar sinfə tələsər, ibtidai sinif müəllimi ilə tanışlıq başlayar. Məktəbə yenicə qədəm qoyan uşağın ilk dərs günü bu cür maraqlı anlarla yaddaşına yazılar və ömürboyu şirin bir xatirətək hafizəsində yaşayar.
Xatırlatmaq yerinə düşər ki, illər öncə övladını birinci sinfə aparan valideyn bir sıra problemlərlə üzləşərdi. Bu yaşda uşaqların əksəriyyətinin məktəb mühitinə alışmağı çətin olardı. Bu zaman isə valideyn günahı uşaqda axtarar, filankəsin övladı məktəbə can atır, bizim uşaqsa evdən ayrılmaq istəmir, – deyə hey şikayətlənərdi: – Gözümdən qırağa qoymamışam. Elə evdə say saymağı, hərf oxumağı, yazı yazmağı öyrətmişəm. Hətta çoxlu ­şeirlər, nağıllar da bilir. Ancaq indi deyirik ki, məktəbə gedəcəksən, deyir evdə qalmaq istəyirəm. Heç bilmirəm bu uşaqla necə edim?

Ardını oxu...

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə gənclər arasında yeni – “Xəzinə axtarışı” intellektual oyunu keçirilib.
Yarışdan öncə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli qeyd edib ki, oyunun keçirilməsində məqsəd gənclərin intellektual oyunlara cəlb olunması, onların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimul­laşdırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Oyunda yaşı 18-dən 29-dək olan gənclərdən ibarət 10 komanda mübarizə aparıb.
Yekun nəticəyə əsasən “Şən oğlanlar” komandası qalib adını qazanıb. Digər iki pillədə “Zirvə” və “Diplomat” komandaları ­qərarlaşıblar.
Sonda qalib komandalar və komanda üzvləri nazirlik tərəfindən diplom və fəxri fərmanlarla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Sentyabrın 10-da “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda muxtar respublikanın bütün təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açaraq geniş məruzə edib, təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. ­Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi üçün yeni binalar tikilib və ya mövcud binalar əsaslı şəkildə yenidən qurulub. Əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də ­tikinti-quruculuq işlərinin önündə təhsil quruculuğu dayanıb. Belə ki, 2018-ci ilin birinci yarımili ərzində 904 şagird yerlik 3 ümumtəhsil məktəbi və Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazır­da da bu sahədə işlər davam etdirilir.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3066739
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
771
4574
9672
118070
3066739

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter