26 Fevral 2020, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Sərəncamına əsasən, ölkəmizin bütün təhsil müəssisələrində tədris ilinin 15 sentyabrdan başlanması qərara alınmış, həmin gün “Bilik Günü” elan edilmişdir. Bundan sonra hər il sentyabrın 15-i ölkəmizdə “Bilik Günü” kimi qeyd olunur.

Tarix boyu elm öyrənmək, biliklərə yiyələnmək və onu tədris etmək müqəddəs əməl hesab olunmuşdur. Xalqımız daim elmi, təhsili yüksək qiymətləndirmiş, gənc nəslin savadlanması üçün əlindən gələni əsirgəməmişdir. Elə buna görədir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın dövlətçilik təməlini qoyarkən onun əsas sütunlarından birinin təhsil olduğunu vurğulamış, ölkəmizin milli təhsil strategiyasını yaratmışdır. Sevindirici haldır ki, bu gün həmin strateji xəttin davamı olaraq, Azərbaycanda milli intellektual potensialın gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, yeni dövrün tələblərinə uyğun təhsil ocaqları tikilir, onların maddi-texniki bazası möhkəmləndirilir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən növbəti təlim kursu dünən başa çatıb.
Layihənin idarə olunmasına həsr edilmiş təlim kursunun yekununda Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxış edərək Azərbaycanda gənc kadrlara göstərilən yüksək etimaddan, mütəxəssis hazırlığına hərtərəfli dövlət qayğısından bəhs edib. Rektor qeyd edib ki, universitetdə keçirilən təlim kursları regionda yüksəkixtisaslı kadr potensialının formalaşması, bilik və təcrübə mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Layihənin idarə olunması üzrə təlim kursunun təşkilatçısı olan GRBS Şirkətlər Qrupunun Baş direktoru Bəhram Qurbanov çıxış edərək qeyd edib ki, rəhbərlik etdiyi təşkilat akkreditasiyalarının sayına görə öz sahəsi üzrə dünyada ilk beşlikdə dayanır, postsovet məkanında isə ilk yeri tutur.
Qeyd edək ki, təlim iştirakçıları təlim zamanı layihənin uğurla idarə olunması üzrə beynəlxalq səviyyədə qəbul edilmiş yanaşma və prosedurlarla bağlı zəngin nəzəri və təcrübi bilik əldə edərək gələcəkdə Azərbaycanın sosial-iqtisadi tərəqqisi naminə uğurla fəaliyyət göstərəcəklər.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Mehriban SULTAN

Çoxlarımız yaxşı xatırlayırıq ki, neçə il əvvəl dərs ilinin başlanmasına bir qədər qalanda övladları məktəblərə gedəcək valideynlər hansı qayğılarla yaşayırdılar. Məktəbli ləvazimatlarının hərəsi, necə deyərlər, bir mağazada satıldığından xeyli vaxt itirilirdi. Lazım olan ləvazimatların da bəziləri tapılırdı, bəziləri də tapılmırdı.
Bəs indi? Bu gün muxtar respublikada nail olunmuş sosial-iqtisadi inkişaf, təhsilə göstərilən dövlət qayğısı, bu sahədə olan nöqsanların tezliklə aradan qaldırılması üçün həyata keçirilən təsirli və məqsədyönlü tədbirlər bütün valideynlərin, həmçinin müəllim və şagirdlərin həmin problemini aradan qaldırıb. Dərsliklər pulsuz verilir, məktəbli formaları vahid formadadır, istənilən ölçüdə olan forma ucuz qiymətə satılır, məktəbli ləvazimatları da boldur.

Ardını oxu...

“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu fikirləri bu gün tarixi tədqiqatlar aparan, gələcəyimizi qurmaq üçün keçmişimizə səyahət edən hər bir tarixçi, hər bir tədqiqatçı üçün istiqamətverici rol oynamalıdır. Çünki tarix təkcə nə zamansa yaşananların xronolji ardıcıllıqla sıralanması deyil. Tarix həm də dərsdir. Elə bir dərs ki, o, sənin kim olduğunu, niyə olduğunu sənə anladır. Bu dərs isə o zaman faydalı olur ki, keçmişdə baş verənlər əfsanələr, uydurmalar və təxəyyül məhsulları əsasında deyil, reallıqlar, real tarixi faktlar və sənədlər əsasında yazılır, təhlil edilir. Tarix bir elm olaraq iddia etməkdən daha çox sübut etməkdir. İddia etdiklərinin arxasında dəlil dayanmırsa, o fikri nə qədər pafosla ifadə edirsən et, o, zamanın sınağından çıxmayacaq. 

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri” adlı yeni kitabı da bu mənada uzun illərdən bəri hansısa imperialist qüvvələrin maraqlarına uyğun olaraq təhrif olunmuş fikirləri ortadan qaldırır, tarixi həqiqəti oxuculara çatdırır.

Ardını oxu...

Məlum olduğu kimi, sentyabrın 9-da Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin konfransı keçirilmişdir. Şərur Rayon Təhsil Şöbəsində konfransın metodik bölmə iclasları təşkil olunmuşdur. İclaslarda məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar, fənlər üzrə metodbirləşmə rəhbərləri, məktəb kitabxanaçıları, praktik məktəb psixoloqları və uşaq birliyi rəhbərləri iştirak etmişlər. Bölmə iclaslarında 2012-2013-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Məktəb rəhbərlərinin bölmə iclasında rayon Təhsil Şöbəsinin müdiri Yaqub Tağıyev çıxış etmişdir. Qeyd olunmuşdur ki, ötən dərs ilində rayonun tam orta məktəblərinin XI sinfini 840 nəfər şagird bitirmiş, onlardan 3 nəfəri qızıl, 2 nəfəri isə gümüş medala layiq görülmüşdür. 612 nəfər tam orta məktəb məzunu ali məktəblərə sənəd vermişdir ki, bu da rayon üzrə ümumi məzunların 73 faizi deməkdir. 311 abituriyent ali məktəblərə qəbul olunmuşdur. Məzunlardan qəbul imtahanlarında 50 nəfəri 500-dən, onlardan 10 nəfəri 600-dən, 6 nəfəri isə 650-dən yuxarı bal toplamışdır.
Natiq qarşıda duran vəzifələrdən də danışmışdır. Bildirmişdir ki, ra­yon ümumtəhsil məktəbləri 2013- 2014-cü illərin payız-qış mövsümünə də ciddi hazırlaşır.
Tədbirdə yeni dərs ilində təlim prosesinin səmərə və keyfiyyətinin daha da artırılacağına, yüksək uğurları ilə fərqlənən məktəblərin sayının artacağına əminlik ifadə olunmuşdur.

Cəfər ƏLİYEV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR