23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və Azərbaycan Dillər Universitetinin müəllimi, professor Adil Babayevlə ­görüş keçirilib.

Tədbirdə ilk çıxış edən bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Azərbaycan dilinin saflığının qorunması və inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən islahatlardan danışıb.
Sonra akademik Möhsün Nağısoylu çıxış edərək Azərbaycan dili və dilçilik elminin qarşısında duran hədəflərdən bəhs edib. Dilçi alim qeyd edib ki, respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
“Ölkəmizdə dil siyasəti bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, – deyən alim dövlət başçısının 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Pro­qramı”nın hazırlanması barədə imzaladığı sərəncamları xatırladıb. Vurğulayıb ki, AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında Prezident İlham Əliyevin dərinməzmunlu nitqində diqqət mərkəzinə çəkdiyi bir sıra məsələlərdən biri də ana dilimizlə bağlı idi. Dilçi alim rəhbərlik etdiyi institutun əməkdaşlarının ana dilimizlə bağlı həyata keçirdikləri tədbirlərdən və qarşıda duran vəzifələrdən söz açıb.
Professor Adil Babayev isə çıxışında dilimizlə bağlı aktual məsələlərə toxunub. O, ümummilli lider Heydər Əliyevin “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” sözlərini xatırladaraq XX əsrdə Azərbaycan dilinə olan münasibəti müxtəlif arxivlərdən topladığı sənədlərin dili ilə tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra dilçi alimlər bölmə əməkdaşlarının suallarını cavab­landırıblar.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Muxtar respublikamızda gələcəyimiz olan uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar daim dövlətimizin diqqət və qayğısı əhatəsindədirlər. Onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, xüsusi istedada malik olanların aşkara çıxarılması, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər gənc kimi formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd olunan tədbirlərin davamı olaraq 15 sentyabr – Bilik Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə aztəminatlı,valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib. Təhsil Nazirliyində təşkil olunan tədbiri giriş sözü ilə təhsil naziri Rəhman Məmmədov açaraq dövlətimizin xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almalarına göstərdiyi qayğıdan bəhs edib və ­şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqlara yaradılan şəraitdən söhbət açıb və şagirdləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edərək onlara təhsildə müvəffəqiyyətlər arzulayıblar.

Ardını oxu...

Hər il olduğu kimi, bu il də “İstedad-XXI əsr” hazırlıq kurslarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirilib.
“İstedad-XXI əsr” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini Arzu Abdullayev tədbirdə çıxış edərək bildirib ki, bu gün müstəqil Azərbaycanda, оnun ayrılmaz tərkib hissəsi оlan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən əhəmiyyətli tədbirlər də bu siyasətin üzvi tərkib hissəsidir. Aparılan islahatlar Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir. Muxtar respublikamızda bir-birinin ardınca tikilib istifadəyə verilən ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilən tədbirlər bu baxımdan ­xüsusi dəyərə malikdir.

Ardını oxu...

Müdriklərimiz deyiblər ki, elm və bilik öyrənməyə tələs. Çünki bunlar əldən heç bir zaman çıxmayan miras, bezilməyən yoldaş, insanın bəzəyi və hər bir kəsin bütün ömürboyu köməyinə yetən dəyərlərdir. Bu iki dəyəri əldə etməyin yolu isə təhsildən keçir. Bu gün muxtar respublikamızda bu sahəyə xüsusi diqqət yetirilir, təhsilimizin möhkəm təməllər üzərində qurulmasına şərait yaradılır. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “İqtisadiyyatda, mədəniyyətdə, elmdə – həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, kökü olan məktəbdir, təhsildir, müəllimdir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası ­Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçı­lığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda ənənəvi məktəbli yarmarkası təşkil olunub.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3053323
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
517
3998
30555
104654
3053323

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter