26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Müasir dövrdə ölkəmizin tarix və mədəniyyətinin, təbiətinin, milli və mənəvi dəyərlərinin, görkəmli şəxsiyyətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliğ edilməsi baxımından vətəndaşlarımızın, xüsusilə gənc­lərimizin xarici dil bilməsi zəruridir. Sevindirici haldır ki, bu gün təkcə yeniyetmə və gənclərin deyil, hətta orta nəslin nümayəndələrinin də dünyada geniş yayılmış ingilis, fransız, alman, ispan, rus və digər dilləri öyrənməyə can atdıqlarının şahidi oluruq. Bəs bu gün muxtar respublikamızda xarici dilləri öyrənməyə olan maraq hansı səviyyədədir?

Bununla bağlı əvvəlcə “İstedad XXI əsr” hazırlıq kurslarının direktoru Elbrus İsayevlə həmsöhbət olduq və müsahibimizdən rəhbərlik etdiyi kurslarda fəaliyyət göstərən xarici dil tədrisi qrupları haqqında fikirlərini öyrəndik. Elbrus müəllim bildirdi ki, “İstedad XXI əsr” hazırlıq kurslarının fəaliyyət istiqamətlərindən biri də xarici dillər üzrə danışıq qruplarıdır. Hansı ki bu qruplar kursda artıq 4 tədris ilidir, fəaliyyət göstərir. Burada xarici dil hazırlığı, əsasən, ingilis, rus, fransız və alman dillərində aparılır. Qruplarda müxtəlif kateqoriyalardan olan dinləyicilər iştirak edir. Onlar həm müxtəlif ixtisas üzrə hazırlaşan abituriyentlər, həm tələbələr, həm də 3-14 yaşlı uşaqlardır. Burada hər kateqoriya üçün xüsusi proqramlar hazırlanıb və müraciət edən dinləyicilərə dərslər elə həmin proqramlar əsasında keçilir. Tədris müəssisəsində adıçəkilən xarici dillər üzrə qrammatik biliklər öyrədilir, həm də danışıq qrupları təşkil olunur. Xarici dillər üzrə kurslar 4 əsas bacarığın – danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib. Kurslar ən müasir metodlardan istifadə etməklə xüsusi proqramlar və CD/DVD materialları əsasında keçilir. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır. Dərslər iştirakçıların seçiminə əsasən fərdi və kiçik qruplar şəklində təşkil olunur. Kursa danışıq üçün müraciət edənlər danışıq, qrammatikanı öyrənmək istəyənlər isə qrammatika ağırlıqlı qruplara cəlb olunurlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2017-2018-ci tədris ilində məktəbi xüsusi nailiyyətlərlə başa vuran məzunlara “Qızıl” və “Gümüş” medal­ların təqdimatı keçirilib.
Tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov “Qızıl” və “Gümüş” medallarla təltif olunan məzunları təbrik edərək muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, yaradılan şəraitdən danışıb. Bildirilib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi üçün binalar istifadəyə verilib, onların maddi-texniki bazası möhkəmləndirilib, məktəblər ən müasir informasiya texnologiyaları, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunub. Həmçinin elektron təhsilin tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması da diqqətdə saxlanılıb. Hazırda da bu sahədə işlər davam etdirilir.
Nazir qeyd edib ki, muxtar respublikada aparılan dövlət siyasətinin nəticəsində ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda ilbəil artım tempi müşahidə olunur. 2017-2018-ci tədris ili üzrə ali məktəblərə qəbul olan məzunların 331-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplayıb.

Ardını oxu...

Dünən Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə Şahbuz Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Gənclər Birliyinin və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 18-29 yaşlı gənclər arasında “Xəmsə” milli intellektual oyunu keçirilib.
Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyələrinin, dünyagörüşlərinin, zehni inkişaflarının stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsidir. Oyunda “Gənclik”, “Qanlıgöl”, ”Salvartı”, “Zirvə” komandaları iştirak edib. Sonda “Gənclik” komandası I, “Zirvə” komandası II, “Qanlıgöl” komandası isə III yerə layiq görülüblər. Qalib komandalara təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlar təqdim olunub. Oyunda 16 nəfər gənc iştirak edib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 17 iyul 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları 24 avqust 2018-ci il ­tarixdən etibarən keçiriləcəkdir.
Qeyd edək ki, müsabiqəyə 165 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 527 nəfər sənəd təqdim edib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli 61 nömrəli Qərarına əsasən iştirakçıların dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədilə onların siyahısı komissiya tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinə göndərilib. Yoxlamanın nəticəsində iki namizədin diplomlarının “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində mövcud olmadığı müəyyən edilib. Bununla da, 525 namizəd test imtahanlarına buraxılıb.

Ardını oxu...

Builki məzunların hamısı tələbə adını qazanıb

Bu gün orta məktəb partası arxasında əyləşərək elmin ilkin sirlərinə yiyələnən qızlarımızın cəmiyyətə savadlı bir fərd kimi daxil olması vacib məsələlərdən biridir. Bu baxımdan maarifçi-­ziyalılarımız Azərbaycan qızlarının mükəmməl təhsil almasına çalışıblar. Fəal və mübariz Azərbaycan qadınları öz fəaliyyətində xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılmasına və zənginləşməsinə səy göstəriblər. Böyütdükləri qızların həm savadlı, həm də xalqımıza məxsus olan milli-mənəvi dəyərlərə sədaqət ruhunda formalaşdırılmasına xüsusi diqqət yetiriblər. Günümüzdə də bu məsələ öz aktuallığını qoruyub saxlamaqdadır. 

1992-ci ildən Naxçıvan şəhərində fəaliyyət göstərən Qızlar Liseyinin pedaqoji kollektivi bu həqiqəti dərindən dərk edir, öz işini bu istiqamətdə qurmağa səy göstərir. Kollektivə belə bir şərəfli işin öhdəsindən layiqincə gəlmək üçün hərtərəfli şərait yaradılıb.
Belə ki, 2012-ci ilin fevral ayının 9-da yenidən qurulan lisey binasına əlavə olaraq bir mərtəbə də artırılıb, sinif otaqları genişləndirilib, fənn kabinələrində müasir şərait yaradılıb. Hazırda zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada 32 sinif otağı, fənn kabinələri, elektron lövhəli siniflər, kompüter otaqları, müəllimlər otağı və idman zalı vardır. Liseydə təhsil alan 384 şagirdin ­təlim-tərbiyəsi ilə 56 müəllim və tərbiyəçi məşğul olur.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3065970
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2
4574
8903
117301
3065970

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter