23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Hər bir millətin gələcəyi onun təhsilli,
savadlı övladları ilə bağlıdır

“Təhsil millətin gələcəyidir”, – deyən ümummilli lider Heydər Əliyevin siyasi xətti ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün diyarımızın bölgələrinə yolumuz düşəndə ilk diqqətimizi çəkən müasir məktəb binaları olur. Burada şagird və müəllimlərin istifadəsində olan geniş, işıqlı sinif və elektron lövhəli otaqlar, laboratoriyalar, fənn kabinələri, kompüter sinifləri, müasir idman zalları təhsilin ən yüksək səviyyədə təşkilinə imkan verir. Muxtar respublikanın ucqar sərhəd yaşayış məntəqələrində, ən kiçik kəndlərdə belə, tikilən müasir­tipli məktəb binaları təhsilin inkişafına göstərilən böyük diqqət və qayğının nümunəsidir. Nəticədə, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarındakı göstəricilər ildən-ilə daha da yüksəlir, məzunlarımızın səsi ölkəmizlə yanaşı, dünyanın bir çox ali təhsil ocaqlarından, elmi-tədqiqat institutlarından gəlir. Bütün bunları muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunun məzunlarının timsalında da aydın görmək olar. 

Ötən illərdə olduğu kimi, son tədris ilində də rayonun tam orta məktəblərini bitirən məzunlar uğurlu nəticələr əldə ediblər. Onların 485 nəfəri, yaxud 83,62 faizi ali məktəblərə qəbul imtahanlarında iştirak edib, 51-i 500-700 intervalında bal toplayıb.
Onlardan bir neçəsi ilə görüşdük, həmsöhbət olduq.

Ardını oxu...

Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Milli ordunun keçdiyi tarixi yol bugünkü və gələcək nəsillər üçün böyük örnəkdir.
Ölkəmizdə milli hərbi kadr hazır­lığı işi də ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1971-ci ildə keçmiş SSRİ-də hərbi təmayüllü iki internat məktəbi vardı: Naximov və Suvorov adına hərbi təmayüllü məktəblər. Lakin tədrisin rus dilində olması və Azərbaycandan uzaqda yerləşmələri həmin məktəblərdə azərbaycanlıların təhsil almasını çətinləşdirirdi. Ümummilli lider Heydər Əliyevin 1971-ci ildə böyük səyləri nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəb yaradıldı. Həmin dövrdə Azərbaycan ildə, təxminən, 60 min gənci ordu sıralarına göndərirdi. Sovet rejiminin ən güclü vaxtlarında respublikamızda milli hərbi kadr hazır­lığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına ovaxtkı mərkəz heç bir vəchlə yol vermək istəmirdi. Təsadüfi deyil ki, həmin dövrdə Moskvadan Bakıya təşrif buyuran emissarlar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışırdılar. Amma ulu öndərimiz mahir diplomatiyası ilə bu cəhdlərin qarşısını aldı.

Ardını oxu...

Muxtar respublikamızın əksər orta ümumtəhsil müəssisələrində olduğu kimi, Babək rayonunun da bir çox məktəblərinin məzunları ali məktəblərə builki qəbul imtahanında müvəffəqiyyət əldə ediblər. Bu gün rayonun təhsil müəssisələrinin hərtərəfli qayğı ilə əhatə olunması, maddi-texniki bazasının gücləndirilməsi, kadr təminatının xeyli yaxşılaşdırılması, müasir tədris şəraitinin yaradılması şagirdlərin imtahanlarda yüksək nəticə əldə etməsinin başlıca səbəblərindən biridir.
Babək Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, 2018-2019-cu tədris ili üçün ali məktəblərə imtahan verən I-V və II-III ixtisas qrupları üzrə 500-700 bal intervalında nəticə göstərən abituriyentlərin sayı xeyli artıb. Belə ki, Babək qəsəbə 1 nömrəli tam orta məktəbdən, rayonun Zeynəddin, Qahab, Məzrə, Şəkərabad, Hacıvar, Güznüt, Nehrəm, Didivar, Sirab, Vayxır, Cəhri, Çeşməbasar, Kültəpə kənd tam orta məktəblərindən, ümumilikdə, 35 şagird 500-700 bal intervalında nəticə göstərib.
Rayon üzrə ən yüksək göstəricini Babək qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Zübeydə Zeynalova əldə edib, III ixtisas qrupu üzrə iştirak edən abituriyent 687 bal toplayıb. Söhbət zamanı öyrəndik ki, o əvvəlcədən maksimum bal toplamağı qarşısına məqsəd qoyub. Ancaq imtahanın həyəcan və stresi ondan da yan keçməyib, iki sualı kağız üzərində səhv qaralamaqla indiki nəticəni göstərib. Əldə etdiyi yüksək nəticəni həm məktəbinin, həm də özünün uğuru hesab edir. Bildirir ki, bu gün daha yaxşı təhsil almağımız üçün hərtərəfli şərait yaradılıb. Bu da imkan verir ki, orta məktəb imtahanlarında, eləcə də ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə edək. Uğur qazanmağın digər bir yolu isə özünə inanmaq və məqsədə çatmaq üçün çox çalışmaqdır. Bu işdə məktəb müəllimlərim ilə yanaşı, valideynlərimin də rolu böyük olub. Onların mənə inamları, dərslərimdə, imtahanlarımda həmişə dəstək olmaları bugünkü uğurlarımın başlıca səbəbidir. Bunun üçün valideynlərimə, bizə yaratdıqları hərtərəfli şərait üçün isə dövlətimizə minnətdaram.

Ardını oxu...

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda milli təhsilimizin hərtərəfli inkişafı üçün sistemli tədbirlər həyata keçirilir. Görülən genişmiqyaslı işlərin, atılan məqsədyönlü addımların nəticəsidir ki, hər keçən gün bu sahədə yüksək nailiyyətlər qazanılır, uğurlu göstəricilər əldə olunur. Muxtar respublikamızın əksər orta ümumtəhsil müəssisələrində olduğu kimi, Ordubad rayonunun da bir çox məktəblərinin məzunları ali məktəblərə builki qəbul imtahanında müvəffəqiyyətlə iştirak ediblər. Rayonun bütün məktəbləri üzrə ən yüksək nəticəni Gənzə kənd tam orta məktəbinin məzunu Sunay Rzayeva əldə edib. Qəbul imtahanında III ixtisas qrupu üzrə iştirak edən abituriyent 685 bal toplayıb. Söhbət zamanı Sunay sevincini bizimlə bölüşərək dedi ki, 1-ci sinifdən 11-ci sinfə qədər əlaçı olub. Fənlər arasında fərq qoymayıb, bütün dərsləri eyni qaydada oxumağa çalışıb. Lakin Azərbaycan dili, ədəbiyyat, tarix fənlərinə daha çox marağı olduğundan doqquzuncu sinifdə III ixtisas qrupu üzrə hazırlaşmaq qərarına gəlib. Onun dedik­lərindən: “Fikrimcə, yaxşı nəticə əldə etmək üçün ən birinci özünə inanmaq vacibdir. Daha sonra dərs bölgüsünü düzgün etmək, vaxtında yatmaq və bütün fikrini dərslərə yönəltmək lazımdır. Hələ ki, universitet və fakültə seçimini etməmişəm. Amma çox şadam ki, məqsədimə nail oldum. Bunun üçün müəllimlərimə və valideynlərimə minnətdaram”.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi iyulun 26-da 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda, ümumilikdə, 61 binada aparılıb. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və ümumtəhsil müəssisələrindən 2585 nəzarətçi-müəllim cəlb olunub.
Məlumat üçün bildirək ki, Naxçıvan şəhərində imtahanlar 7, 14 nömrəli və Heydər Əliyev adına tam orta məktəblərdə keçirilib. İmtahana 153 nəzarətçi, 12 imtahan rəhbəri cəlb edilib, bir gün əvvəl onlar üçün seminar-treninqlər təşkil edilib. Ümumilikdə, 1615 abituriyent imtahan verib.
İmtahan bütün binalarda eyni vaxtda – saat 1100-da başlanıb və 3 saat davam edib. İmtahan başa çatdıqdan sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılıb. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları və ekspertlər tərəfindən sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilib. Sualların düzgün cavabları Dövlət İmtahan Mərkəzinin internet saytında və “Facebook” səhifəsində yerləşdirilib.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra mərkəzin rəsmi internet saytında (www.dim.gov.az) yerləşdiriləcəkdir.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3053332
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
526
3998
30564
104663
3053332

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter