19 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Məktəbəqədər tərbiyə müəssisələrində kurikulumların tətbiqinin məqsəd və vəzifələri” mövzusunda seminar ­keçirilib.
Seminarı giriş sözü ilə institutun prorektoru Azad Novruzov açaraq qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutu muxtar respublikada məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə kadr hazır­lığı aparan yeganə ali təhsil müəssisəsi kimi yaradılmış şəraitdən istifadə edərək öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Bildirilib ki, məktəbəqədər təhsil pilləsində uşaqların təhsil alması təlim-tərbiyə işinin daha səmərəli qurulmasını tələb edir. Bu zaman psixologiya, pedaqogika, sosiologiya, biologiya və digər elmlərin nailiyyətlərinə, milli mədəniyyətə, adət-ənənələrə, eləcə də müasir dünya təcrübəsinə istinad olunması zəruri hesab edilir. Yeni məzmuna görə, məktəbəqədər müəssisələrdə köhnə təlim modelindən imtina zəruridir. Standartlar pedaqoji prosesdə tərbiyəçi-müəllimlərdən yeni iş formalarına müraciət etməyi tələb edir.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva çıxış edərək muxtar respublika paytaxtında məktəbəqədər tərbiyə müəssisələrində yaradılmış şəraitdən və dövlətimizin bu sahəyə olan diqqət və qayğısından danışıb.
Seminarda Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyeva, Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimləri Tamara Baxşəliyeva, Solmaz Cabbarova çıxış ediblər.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutu ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Tədbirdə çıxış edən institutun direktoru Valeri Kopeyka bildirib ki, memorandum iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək. Azərbaycan universitetləri ilə əməkdaşlığa hazır olduqlarını deyən Valeri Kopeyka qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağının təcrübəsini azərbaycanlı həmkarları ilə bölüşməkdə maraqlıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətlərindən birinin gənclərin təhsilinin yüksəldilməsi olduğunu vurğulayan ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdirilməli və təcrübə mübadiləsi aparılmalıdır. Azər Xudiyev Azərbaycanla Ukrayna arasında səmərəli əlaqələrin mövcudluğunu və təhsil sahəsinin bu əlaqələrdə xüsusi yeri olduğunu diqqətə çatdırıb. İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin məqsədəuyğunluğundan söz açan səfir istər universitetlərarası, istərsə də orta təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Anlaşma memorandumunda təcrübə, eyni zamanda müəllim və tələbə mübadiləsi də nəzərdə tutulub.
Görüşün sonunda səfir institutun direktoruna “Naxçıvan: Şərqin əfsanəsi” kitabını hədiyyə edib.

“Nuhçıxan” İnformasiya Agentliyi

May ayının 14-də Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının II kurs tələbələri “Ədliyyə könüllüləri” layihəsi üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində və Naxçıvan Şəhər İcra və Probasiya şöbəsində istehsalat təcrübəsi keçiblər.
Təcrübə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə təşkil edilib. Yaradılmış ekspert qrupunun üzvlərinin rəhbərliyi ilə gün ərzində tələbələr bu qurumların iş fəaliyyəti ilə tanış olub, gündəlik iş prosesində iştirak edib və maraqdoğuran sahələr barədə ətraflı məlumat alıblar.
Bildirilib ki, həyata keçirilən bu tədbirlərin əsas məqsədi tələbələrin nazirliyin fəaliyyət prosesinə cəlb etməklə yeni layihələr üzə çıxarmaqdır. Bütün bunlar isə tələbələrin ədliyyə sahəsi üzrə nəzəri biliklərinin praktik şəkildə mənimsəmələrinə müsbət təsirini göstərəcəkdir.
Tələbələr Məhkəmə Ekspertizası Mərkəzində Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası laboratoriyasında da ekspertin iş təcrübəsi ilə tanış olublar. Burada onlara pul nişanlarının və sənədlərin tədqiqatını aparmaq üçün video spektral komporatr avadanlığı vasitəsilə saxta pulların və saxta sənədlərin müəyyən olunma metodikası əyani şəkildə göstərilib. Tələbələr bu biliklərini möhkəmlətmək üçün gördüklərini təcrübi şəkildə tədqiqat apararaq müvafiq biliklərə yiyələniblər.
Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində, Məhkəmə-ballistik ekspertizasında tələbələr təcrübi bilik əldə ediblər.

 Pərviz HACILI

Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahanda, ümumilikdə, 32 min 173 abituriyent iştirak edib. Onlardan 27 min 225 abituriyent I, 4948 abituriyent isə IVqrup üzrə imtahan verib.
Naxçıvan şəhərində imtahan 14 nömrəli tam orta məktəbdə keçirilib. Bunun üçün 32 imtahan zalı ayrılıb, 65 nəzarətçi və 6 imtahan rəhbəri cəlb edilib. 720 abituriyentin iştirak etdiyi imtahan saat 1100-da başlayıb və 3 saat davam edib.
İmtahandan dərhal sonra – saat 1600-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayım yaradılıb, imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat ­verilib.
Nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 Güntac ŞAHMƏMMƏDLİ

AMEA Naxçıvan Bölməsində Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq konfransın Prezident cənab İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, alim Azərbaycan Dövlət Pedaqoji və Bakı Dövlət universitetlərində müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, direktoru, eləcə də Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi kimi davam etdirib.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4090186
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1073
6181
13083
53786
4090186

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter