23 Aprel 2019, Çərşənbə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Dövlət İmtahan Mərkəzi martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.
Həmin gün, ümumilikdə, 37 min 434 şagird imtahan verib. İmtahan bütün binalarda saat 1100-da başlanıb və 3 saat davam edib. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə, ümumilikdə, 45 tapşırıq təqdim edilib. Buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün 84 imtahan mərkəzi ayrılıb.
Naxçıvan Muxtar Respublikasında imtahanların şəffaf və obyektiv keçirilməsi üçün, ümumilikdə, 12 imtahan mərkəzi yaradılıb. Bu mərkəzlərdə, ümumilikdə, 3439 şagird imtahan verib.
Muxtar respublikada keçirilən imtahanların idarə olunmasına, ümumilikdə, 27 imtahan rəhbəri, 12 ümumi rəhbər, 334 nəzarətçi-müəllim cəlb edilib.
Qeyd edək ki, imtahanda istifadə olunan açıqtipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək www.dim.gov.az saytında elan olunması nəzərdə tutulur.

 Güntac ŞAHMƏMMƏDLİ

Naxçıvan şəhər 10 nömrəli uşaq bağçasının məktəbəqədər hazırlıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib.
Tədbirin keçirilməsində məqsəd uşaqların zehni inkişafının stimullaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkili, intellektual oyunlara uşaqların marağının artırılması, əqli qabiliyyətlərinin və məntiqi düşüncələrinin inkişaf etdirilməsi olub. İki mərhələdən ibarət oyunda 4 komanda iştirak edib. Birinci mərhələdə uşaqlar butona basmaqla 35, ikinci mərhələdə isə onlara təqdim olunan 5 şəkilli sualı cavablandırıblar.
Sonda daha çox suala düzgün cavab verən “Əlincə qalası” komandası qalib adını qazanıb. “Gülüstan” komandası ikinci, “Möminə xatın” və “Nuh yurdu” komandaları isə üçüncü olub.
Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və rəngli kitablar təqdim olunub. Daha sonra uşaqların iştirakı ilə yallı rəqsi nümayiş etdirilib.

Ardını oxu...

Bu günlərdə Bakı Biznes Universitetinin kordinatoru olduğu EQAC –Erasmus Plus layihəsinin İngiltərənin Middlesex Universitetində təşkil edilən növbəti treninqində partnyor universitet kimi “Naxçıvan” Universitetini təmsil edən rektor, professor İsmayıl Əliyev və bir qrup əməkdaş da iştirak ediblər.
Layihənin məqsədi Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzinin yaradılması və bu mərkəzlərin fəaliyyətinin Avropa standart­larına uyğun formalaşdırılmasıdır.
Təlimin sonunda Azərbaycandan olan universitetlərin əməkdaşlarına treninqi uğurla başa vurduqlarına görə sertifikatlar təqdim edilib. Bundan başqa, təlim çərçivəsində “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyevlə Middlesex Universitetinin vitse-konsleri Tim Blackman arasında görüş olub, qarşılıqlı əməkdaşlığa dair söhbətlər aparılıb.

Nuray ƏSGƏROVA

Türkiyə Respublikasının Baş konsulu Mehmet Emin Kiraz “Naxçıvan” Universitetində olub.
Universitetin kitabxanasında təşkil edilən görüşdə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Bildirilib ki, “Naxçıvan” Universiteti tərəfindən bir çox xarici universitetlər və beynəlxalq qurumlarla əməkdaşlıq müqavilələri imzalanıb. Bu əməkdaşlıq ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim-tələbə mübadilələrinin həyata keçirilməsinə xidmət edir.
Görüş zamanı “Mövlana Mübadilə Proqramı” çərçivəsində “Naxçıvan” Universiteti ilə Türkiyə universitetləri arasında münasibətlərin daha da genişləndirilməsinə dair Türkiyə vətəndaşlarının “Naxçıvan” Universitetinə təhsilə cəlbi ilə əlaqədar bir sıra məsələlər müzakirə olunub. Bundan başqa, Türkiyə universitetlərində çalışan akademik heyətin ali təhsil ocağına dəvət olunması və onların mühazirələr keçməsi ilə bağlı razılıqlar əldə edilib.
Sonra Baş konsul Mehmet Emin Kiraz gətirdiyi 46 cildlik dini ensiklopediyanı universitet kitabxanasına təqdim edib.

Nuray ƏSGƏROVA

Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Xocalı soyqırımı ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın orta ümumtəhsil müəssisələri ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında interaktiv əlaqə yaradılıb.
“Xocalı faciəsini unutmamalıyıq” mövzusunda keçilən dərsdə muzeyin bələdçisi Leyla Məmmədova əvvəlcə bu mədəniyyət müəssisəsi haqqında məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1997-ci ildə imzaladığı Sərəncamla yaradılan mədəniyyət müəssisəsində hazırda 2000-dən çox eksponat var. Onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Eksponatların hər biri tariximizin qanlı və şanlı səhifələrini özündə əks etdirir. Burada, əsasən, şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Azərbaycan Respublikasının Milli qəhrəmanlarının, Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri və onlara aid materiallar qorunur. Muzeydə eksponatların xronoloji ardıcıllıqla yerləşdirilməsi gənc nəslin qəhrəmanlıq tariximiz haqqında ətraflı məlumat almasına şərait yaradır.
İnteraktiv dərsdə Xocalıda törədilən soyqırımı barədə şagirdlərə ətraflı məlumat verilib, bu faciəyə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyi vurğulanıb, Azərbaycan Prezidentinin Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs olunub.

İnteraktiv dərsi Heydər Əliyev adına Hərbi Lisey və muxtar respublikanın 200-dən çox təhsil müəssisəsindən izləyiblər.
Qeyd edək ki, həmin gün muxtar respublikamızın ali, orta ixtisas və ümumtəhsil məktəblərində ilk dərs saatı Xocalı soyqırımına həsr olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3883040
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
106
4106
4212
73431
3883040

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter